Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    II Ramzes necə öldü?

    3 Oktyabr 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Öz dövrünün və günümüzün ən məşhur fironlarından biri olan II Ramzes – qədim Misirin XIX sülaləsinin üçüncü hökmdarı – ölkə daxilində şəhərlər, məbədlər və abidələr inşa etdirdi, xarici yürüşlər apardı və Misir Yeni Krallığını qüdrətinin zirvəsinə çatdırdı.

    E.ə. təxminən 1279-cu ildə doğulan Ramzes atasından – I Setidən – taxtı yeniyetmə yaşında miras aldı. Qədim mənbələrə görə, o, Misiri tam 66 il iki ay idarə etdi .
    Yunanlara “Ozimandias”, ingilisdilli dünyaya isə “Böyük Ramzes” kimi tanınan firon həyatında bir çox nailiyyətlərə imza atdı. Bunlardan ən önəmlisi isə e.ə. 1259-cu ildə Hettlərlə imzaladığı, dünyada məlum olan ən qədim sülh müqaviləsidir. Lakin tarixdə ən uzun hökmranlıq etmiş ikinci firon olan Ramzes ölümünün səbəbi barədə demək olar ki, heç bir yazılı iz buraxmadı. Onun ölümü yalnız tarixdə - e.ə. 1213-cü ilin avqustun əvvəlində – qeydə alınıb.

    Digər təxminən 180 firon kimi, Ramzes də diqqətlə mumiyalanaraq Qədim Padşahlar Vadisində tikilmiş xüsusi məzara qoyuldu. Lakin əsrlər ərzində onun qalıqları dəfələrlə köçürüldü və bir dövrdə tamamilə itmiş hesab edildi. Amma onun şöhrəti heç vaxt unudulmadı.

    Uzun hakimiyyətinə və məşhurluğuna görə zamanla belə bir ənənə yarandı ki, İncildə Musa peyğəmbərin qarşısına çıxan naməlum firon məhz II Ramzes idi. “Çıxış” kitabında həmin fironun yəhudilərin azad olunmasına razı olmadığı, sonda isə ordusu ilə birlikdə Qırmızı dənizdə boğulduğu yazılır.

    1818-ci ildə ingilis şairi P.B. Şelli məşhur “Ozimandias” əsərini yazaraq, səyyahların Misirdə tapdığı dağıdılmış heykəllərdən bəhs edirdi.

    1881-ci ildə fransız tədqiqatçısı Qaston Maspero Nilin qərb sahilində gizli məzar tapdı. Burada o, 40 firon mumiyası ilə birlikdə Ramzesin cəsədini də aşkar etdi. Onun kətan sarğılarında 500 illik köçürülmə qeydləri vardı – kahinlər məzar oğrularından yayınmaq üçün fironun qalıqlarını dəfələrlə başqa yerlərə köçürmüşdülər.

    1 iyun 1886-cı ildə Maspero Ramzesin mumiyasını ictimaiyyət qarşısında açdı. Tədbirdə Misirin osmanlı hökmdarı Təvfiq Paşa da iştirak edirdi. Maspero dərc etdiyi hesabatda fironun qolları, əlləri, burnu, gözlərinin arası və üz quruluşu barədə detallı ölçülər təqdim etdi. O yazırdı ki, Ramzesin simasında “hökmdar məğrurluğu” hələ də görünür. Ölüm səbəbi barədə qəti fikir irəli sürməsə də, qeyd etmişdi ki, “sümüklər zəif və kövrəkdir, əzələlər qocalıqdan kövrəlib – Ramzes ölən zaman təxminən yüz yaşında idi.”

    Fironun skan edilməsi

    XX əsrin sonunda Ramzesin mumiyası qeyri-düzgün şəraitdə saxlandığı üçün kifləndi. 1970-ci illərdə o, Qahirədən Parisə göndərildi. Burada Fransanın Milli Kriminalistika Laboratoriyasının rəhbəri Pyer-Fernan Sekkaldi və digər alimlər tərəfindən tədqiq edildi.

    Araşdırmalar zamanı Ramzesin saçında dəniz qumu, burnunda isə polen tapıldı. Rentgen nəticələri sümüklərinin çox kövrək olduğunu və sol ikinci azı dişinin kökündə irinli abses olduğunu göstərdi. Bu absesin ona ciddi ağrı verdiyi ehtimal olunur.

    Dəniz qumunun varlığı onun Misirin şimalında öldüyünü göstərirdi, lakin su bitkilərinin olmaması hadisənin Nilə uzaq bir yerdə – ehtimal ki, onun inşa etdirdiyi paytaxt Pi-Ramzesdə baş verdiyini düşünməyə imkan verdi. Alimlər onun damarlarının qalınlaşması, artrit və zəif sümükləri olduğunu təsdiqləsələr də, dəqiq ölüm səbəbini müəyyənləşdirə bilmədilər. Mumyada göbələk yayılmasının qarşısını almaq üçün Ramzes 12 saat 40 dəqiqə ərzində güclü qamma şüaları ilə süalandı və sonra yenidən Misirə qaytarıldı.

    Sonrakı onilliklərdə aparılan müasir tədqiqatlar onun onurğa xəstəliyinin ankilozlaşdırıcı spondilit deyil, diffuz idiopatik skelet hiperostozu olduğunu ortaya çıxardı. Dolayısıyla “boğularaq ölüm” ehtimalını isə nə təsdiqləmək, nə də tam inkar etmək mümkündür, çünki embalmasiya zamanı onun ağciyərləri çıxarılmışdı.

    2016-cı ildə Misirli alimlər Zahi Həvvas və Sahar Salim Ramzesin CT skanlarını təhlil edərək yazdılar: “Ramzes II artrit səbəbindən belini bükərək gəzmək məcburiyyətində qalmışdı, diş sağlamlığı isə son dərəcə zəif idi. Lakin onun ölüm səbəbinə dair qəti sübut tapılmadı.”

    3 aprel 2021-ci ildə Misir hökuməti Ramzes II və daha 21 firon mumiyasını xüsusi hazırlanmış nəqliyyat vasitələri ilə “Fironların Qızıl Paradı” adlı möhtəşəm yürüşdə Misir Muzeyindən yeni qurulmuş Misir Sivilizasiya Milli Muzeyinə köçürdü. Burada onlar müasir iqlimə nəzarət edilən şəraitdə sərgilənir.

    Son illərdə isə alimlər rəqəmsal üz rekonstruksiyası vasitəsilə Ramzesin diri vaxtdakı simasını bərpa etməyə çalışdılar. Onu həm gənc, həm də yaşlı dövründə necə görünə biləcəyini göstərən təsvirlər hazırlandı.

    #Qədim Misir #Qədim Misir modası #Qədim Misirdə qadın geyimi #Qədim Misirdə kişi geyimləri #Qədim Misirdə ayaqqabı və sandallar #Qədim Misirdə makiyaj və kosmetika #Qədim Misirdə qadın hüquqları #Qədim Misirdə məbədlər #Qədim Misir tarixi #Qədim Misir cəmiyyəti #Qədim Misirdə qadın həkimlər #Qədim Misirdə qadınların hüquqi statusu #Qədim Misirdə ev işləri və qadının gündəlik həyatı #Qədim Misirdə qadınlar və fahişəlik #qədim Misir kitabxanası #II Ramzes necə öldü? #II Ramzes #Misir Yeni Krallığı #Ozimandias #Qədim Padşahlar Vadisi #Qaston Maspero #Təvfiq Paşa #Ramzes ölən zaman təxminən yüz yaşında idi #Pyer-Fernan Sekkaldi #Misir Sivilizasiya Milli Muzeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün – 22 Noyabr

    22 Noyabr 2025 00:01

    Niyə qara pişiklər şər qüvvə ilə əlaqələndirilir?

    11 Noyabr 2025 09:34

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Qahirənin HƏMAS və Qəzza mövqeyi necədir?

    27 Oktyabr 2025 12:00

    Qədim Misirdə yemək və içkilər

    25 Oktyabr 2025 22:00

    Qədim Misirdə musiqi alətləri və rəqs mədəniyyəti

    16 Avqust 2025 13:51

    Keops Piramidi ilə bağlı 12 min illik sirr iddiası

    9 Avqust 2025 15:23

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52

    Qədim Misirdə Ailə Həyatı və Cəmiyyətin Əxlaqi Dəyərləri

    17 İyul 2025 10:22

    İsgəndəriyyə Kitabxanasını müsəlmanlar yandırıbmı?

    28 İyun 2025 21:04

    Qədim Misirdə İtlər

    19 Aprel 2025 09:00

    Qədim Aralıq Dənizi Bölgəsində Fahişəlik

    3 Aprel 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Papanın Livana səfəri üçün minlərlə livanlı ölkəyə qayıdır

    Bu gün Papa Fransisk proq-rok albomu buraxdı

    Livan və Cənubi Kipr arasında dəniz əməkdaşlığı razılığı əldə edilib

    Allah adına edilən cinayət - Bu gün Papa Urban II ilk Səlib yürüşünü elan etdi

    Tarixdə bu gün – 27 Noyabr

    Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib

    Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib

    Suriya İnterpolla əməkdaşlıq məsələlərini müzakirə edib

    İsrail Qərb sahilində genişmiqyaslı reydlərə başlayıb

    Qvineya Bisauda ordu hakimiyyəti ələ keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.