Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Bu gün Papa Tampliyer Cəngavərlərini rəsmi olaraq “Tanrının ordusu” elan etdi

    13 Yanvar 2026 03:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    1129-cu il yanvarın 13-də Fransanın Trua şəhərində keçirilən Trua Kilsə Şurası zamanı Papa Honorius II hərbi-dini təşkilat kimi tanınan Tampliyer Cəngavərlərinə rəsmi olaraq tanıdıvə onları “Tanrının ordusu” elan etdi. Fransız əsilli Hyuq de Payenin rəhbərliyi ilə Tampliyer təşkilatı 1118-ci ildə yaradılmışdı. Təşkilatın özünə qoyduğu əsas missiya Xaç yürüşləri dövründə Müqəddəs Torpaqlara gedib-gələn xristian zəvvarları qorumaq idi. Bu yürüşlər müsəlmanların nəzarətində olan Fələstin torpaqlarına qarşı aparılan hərbi ekspedisiyalardan ibarət idi.

    İlk dövrlərdə Tampliyer Cəngavərlərinin sayı cəmi doqquz nəfər idi. Bunun əsas səbəbi təşkilatın son dərəcə sərt qaydaları idi. Cəngavərlər yalnız zadəgan mənşəli olmalı, yoxsulluq, itaət və iffət andı içməli idilər. 1127-ci ildə aparılan təbliğat fəaliyyəti nəticəsində bir çox zadəgan Tampliyerlərə qoşuldu və bu, təşkilatın sayının, nüfuzunun və təsir dairəsinin artmasına səbəb oldu.

    XIV əsrin əvvəllərində Xaç yürüşlərinin uğursuzluqla başa çatmasından sonra Tampliyer ordeni son dərəcə varlandı. Bu zənginlik həm dini, həm də dünyəvi hakim dairələrdə qısqanclıq doğurdu. 1307-ci ildə Fransa kralı IV Filipp və Papa V Klement birləşərək Tampliyerlərə qarşı əməliyyata başladılar. Ordenin böyük ustadı Jak de Molay bidətçilik, müqəddəsliyə hörmətsizlik və satanizm ittihamları ilə həbs olundu.

    İşgəncələr altında Jak de Molay və digər yüksək rütbəli Tampliyerlər ittihamları “etiraf” etdilər və sonda tonqalda yandırıldılar. 1312-ci ildə Papa V Klement Tampliyer ordeninin ləğv edildiyini rəsmən elan etdi.

    Müasir dövrdə Katolik Kilsəsi Tampliyerlərə qarşı aparılan təqiblərin əsassız olduğunu etiraf edib və bildirib ki, Papa V Klement dünyəvi hakimlərin təzyiqi altında bu qərarı verməyə məcbur qalıb. Əsrlər boyu Tampliyerlərlə bağlı çoxsaylı mif və əfsanələr yaranıb. Onların Məbəd Dağında Müqəddəs Qədəh, Əhd sandığı və ya İsanın çarmıxa çəkildiyi xaçın hissələrini tapdığına dair inanclar bu günə qədər populyarlığını qoruyur.

    Tampliyerlərin guya gizli sirləri bir çox kitab və filmlərə ilham verib. Bu əsərlər arasında ən məşhurlarından biri də Da Vinçi Şifrəsi romanı və onun əsasında çəkilmiş eyniadlı filmdir.

    #Tampliyer Cəngavərləri necə rəsmi kilsə ordeninə çevrildi #Tanrının ordusu: Tampliyerlərin papalıq tərəfindən tanınması #Xaç yürüşləri dövründə Tampliyer ordeninin yaranması #Zənginlikdən süquta: Tampliyer Cəngavərlərinin taleyi #Papalıq sanksiyası və orta əsr Avropasında güc balansı #Papa Honorius II Tampliyer Cəngavərlərini nə vaxt tanıdı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Papa Tampliyer Cəngavərlərini rəsmi olaraq “Tanrının ordusu” elan etdi

    13 Yanvar 2026 03:00

    Tarixdə bu gün – 13 yanvar

    13 Yanvar 2026 00:01

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    12 Yanvar 2026 02:00

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    12 Yanvar 2026 00:10

    Tarixdə bu gün – 12 yanvar

    12 Yanvar 2026 00:01

    Osman Qazi əmisi Dündar bəyi hansı səbəbdən edam etdirdi?

    11 Yanvar 2026 13:29

    Bu gün Silikon Vadisi anlayışı ilk dəfə mətbuatda yer aldı

    11 Yanvar 2026 00:10

    Tarixdə bu gün – 11 yanvar

    11 Yanvar 2026 00:01

    Bu gün BMT-nin ilk iclası keçirildi

    10 Yanvar 2026 00:10

    Tarixdə bu gün – 10 yanvar

    10 Yanvar 2026 00:01

    Bu gün Stiv Cobs iPhone-u təqdim etdi

    9 Yanvar 2026 00:10

    Tarixdə bu gün – 9 yanvar

    9 Yanvar 2026 00:01
    Demo
    XƏBƏR LENTİ

    Vatikan Maduro üçün ABŞ-la gizli diplomatik əlaqə saxlayıb

    Bu gün Papa Tampliyer Cəngavərlərini rəsmi olaraq “Tanrının ordusu” elan etdi

    Tarixdə bu gün – 13 yanvar

    Pakistanda polis maşınına edilən hücumda 7 polis həlak olub

    İraq əsilli sabiq britaniyalı nazir ifrat sağçı “İslahat” Partiyasına qoşuldu

    SOCAR qazma trestində yeni platformanı istifadəyə verib

    "Real Madrid" baş məşqçi Xabi Alonsonu istefaya göndərib

    Netanyahu Qəzza öhdəliklərindən yayınmaq üçün Livanı mümkün müharibə meydanına çevirir

    Qrenlandiya Trampın iddialarını rədd etdi

    Beynəlxalq Məhkəmədə Myanmara qarşı rohinca soyqırımı işi başlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.