Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Pakistanda polis maşınına edilən hücumda 7 polis həlak olub

    12 Yanvar 2026 23:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Pakistanın şimal-qərbində yerləşən Tank bölgəsində polisə məxsus zirehli avtomobilin partladılması nəticəsində azı yeddi polis əməkdaşı həlak olub. Hadisə bazar ertəsi günü baş verib.

    AzerVoice xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə, avtomobil yol kənarında uzaqdan idarə olunan bomba ilə hədəfə alınıb. Hücumdan sonra zirehli maşın aşaraq yolun kənarına düşüb.

    Tank rayon polisinin rəhbər müavini Pərviz Şah bildirib ki, partlayış nəticəsində beş polis əməkdaşı hadisə yerində həyatını itirib, daha iki nəfər isə xəstəxanada dünyasını dəyişib.

    Pakistanın daxili işlər naziri Möhsin Nəqvi yaydığı açıqlamada həlak olan polis əməkdaşlarını “millətin təhlükəsiz gələcəyi naminə canından keçən qəhrəmanlar” adlandırıb.

    Hazırda hücuma görə məsuliyyəti üzərinə götürən hər hansı qrup açıqlama verməyib.

    Tank bölgəsinin yerləşdiyi Xeybər-Paxtunxva əyaləti son dövrlərdə silahlı radikal qrupların hücumlarının artması ilə üzləşir. Pakistan hakimiyyəti bu hücumların əsasən “Pakistan Talibanı” kimi tanınan silahlı qrupla əlaqəli olduğunu bildirir.

    İslamabad rəsmi olaraq Əfqanıstandakı Taliban hakimiyyətini Pakistan Talibanı döyüşçülərinə sığınacaq verməkdə ittiham edir. Rəsmi Kabil isə bu iddiaları rədd edərək Pakistanın təhlükəsizlik problemlərinin daxili məsələ olduğunu vurğulayır.

    Xatırladaq ki, Pakistan və Əfqanıstan arasında ötən ilin oktyabrında baş verən sərhəd toqquşmalarından sonra əldə olunmuş kövrək atəşkəs qüvvədədir. Həmin toqquşmalar 2021-ci ildə Əfqanıstanda Talibanın hakimiyyətə gəlişindən sonra iki ölkə arasında qeydə alınmış ən ağır silahlı qarşıdurma kimi qiymətləndirilmişdi.

    Pakistan police bombing, Tank region attack, militant violence Pakistan, security forces targeted

    #Pakistanda polis maşınına partlayışlı hücum: 7 nəfər öldü #Tank bölgəsində polis əməkdaşları hədəfə alındı #Pakistanın şimal-qərbində qanlı hücum #Xeybər-Paxtunxvada təhlükəsizlik qüvvələrinə zərbə #Pakistanda radikal hücumlar yenidən intensivləşir #Pakistan’da polis aracına saldırı: 7 ölü #Kuzeybatı Pakistan’da bombalı saldırı #Polisleri taşıyan zırhlı araç havaya uçuruldu #Hayber Pahtunhva’da kanlı saldırı #Pakistan’da militan saldırılar arttı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    17 Fevral 2026 12:54

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    17 Fevral 2026 12:32

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    SEPAH Hörmüz boğazının 24 saat nəzarətdə saxlanıldığını açıqlayıb

    17 Fevral 2026 11:14

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Obama yadplanetlilər haqqında susqunluğunu pozdu: Onlar həqiqətən varmı?

    17 Fevral 2026 10:06

    İranla danışıqlarda "dolayı yolla" iştirak edəcəyəm - Tramp

    17 Fevral 2026 09:53

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    17 Fevral 2026 09:22

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    16 Fevral 2026 22:52
    XƏBƏR LENTİ

    Azərbaycan və BƏƏ iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.