Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Tramp İranla ticarət edən ölkələrə qarşı 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini bəyan edib

    13 Yanvar 2026 10:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp İranla hər hansı formada ticarət əlaqələri quran bütün ölkələrin ABŞ-la ticarətində 25 faiz dərəcəsində gömrük rüsumu ilə üzləşəcəyini bildirib.

    AzerVoice xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib. O bildirib ki, İran İslam Respublikası ilə iş görən istənilən ölkə dərhal qüvvəyə minmək şərtilə ABŞ-la apardığı bütün ticarət əməliyyatlarına görə 25 faiz rüsum ödəyəcək. Bu qərarın qəti olduğunu vurğulayan Tramp rüsumun tətbiqi üçün hansı hüquqi mexanizmdən istifadə ediləcəyi barədə əlavə təfərrüat verməyib.

    İranın əsas ticarət tərəfdaşları arasında Çin, Türkiyə, İraq və Hindistan kimi ölkələr yer alır. Çinin Vaşinqtondakı səfirliyi bu qərarı sərt tənqid edərək birtərəfli sanksiyalara qarşı bütün lazımi tədbirləri görəcəklərini bəyan edib. Cənubi Koreya və Yaponiya rəsmiləri isə vəziyyəti yaxından izlədiklərini və ABŞ-ın konkret addımları bəlli olduqdan sonra müvafiq cavab verəcəklərini bildiriblər.

    Bu qərar İranda 1979-cu il inqilabından bəri hakimiyyət üçün ən böyük sınaqlardan biri sayılan genişmiqyaslı aksiyalar fonunda qəbul edilib. Dekabrın 28-dən başlayan etirazlarda indiyədək 599 nəfərin həyatını itirdiyi bildirilir. Ağ Evin mətbuat katibi Karoline Leavitt diplomatiyanın hələ də ilk seçim olduğunu desə də, Tramp hərbi müdaxilə variantını da gündəmdə saxlayır.

    Trampın bu sərt ticarət siyasəti ABŞ daxilində də hüquqi müstəvidə müzakirə olunur. Belə ki, ABŞ Ali Məhkəməsi hazırda Trampın tətbiq etdiyi bir sıra mövcud gömrük rüsumlarının ləğv edilməsi ehtimalını nəzərdən keçirir. Buna baxmayaraq, Vaşinqton administrasiyası Tehranın gəlir mənbələrini kəsmək üçün beynəlxalq təzyiqi maksimum həddə çatdırmaqda israrlıdır.

    #İran #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ–İran münasibətlərinin İslam inqilabından əvvəlki tarixi #İran şahının ABŞ səfəri və Yaxın Şərq diplomatiyasına təsiri #ABŞ və İsrailin İran gərginliyi #ABŞ–İran gərginliyi: gəmilər və neft yükləri hədəfdə #ABŞ–İran münasibətləri #Trampın İran bəyanatı ABŞ–İsrail gündəmini ön plana çıxardı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    10 Fevral 2026 13:01

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    İran ali liderinin müşaviri Əli Laricani Omana rəsmi səfər edəcək

    9 Fevral 2026 14:10

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    7 Fevral 2026 14:51

    İranla görüş çox yaxşı keçdi, gələn həftə yenidən görüşəcəyik - Tramp

    7 Fevral 2026 09:20

    İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi

    6 Fevral 2026 21:36

    İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

    6 Fevral 2026 20:12

    Zakir Həsənov iranlı həmkarı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib

    6 Fevral 2026 16:34

    İran və Oman XİN rəhbərləri Maskatda görüşüb

    6 Fevral 2026 12:04
    Demo
    XƏBƏR LENTİ

    12 Fevral: Maraşın Qurtuluşu, Bənnanın Qətli, Minsk Sülhü və Darvinin Doğum Günü - Tam Xronika

    Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb

    “Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti ilə görüş keçirilib

    ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.