Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Qahirənin HƏMAS və Qəzza mövqeyi necədir?

    27 Oktyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Bəzi ərəb ölkələri “Əqsa Tufanı” əməliyyatıan görə, HƏMAS-ı qınasa da, Qahirə açıq şəkildə qınamadı, əksinə hücumları Qəzza və işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı İsrailin təcavüzkar siyasətinə fələstinlilərin cavabı kimi təqdim etdi.

    Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin hüquq pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.

    Misirin eskalasiyaya qarşı çıxışı mənəvi səbəblərdən deyil, reallıq və praqmatizm hesablamalarından qaynaqlanırdı. Bunu Misirin, “HƏMAS”ın hərbi əməliyyata başlaya biləcəyi barədə İsrailə əvvəlcədən etdiyi xəbərdarlıqlar da göstərir. Həm Misir, həm də ABŞ mənbələri bu xəbərdarlıqları təsdiqləmiş, baxmayaraq ki, İsrail rəsmiləri bunu inkar etmişdilər. Bu, Misirin gərginliyin başlanmasının qarşısını almağa yönəlmiş öncədən göstərdiyi səylərin göstəricisi idi.

    Misirin qarşıdurmadan yayınmaq istəyi təhlükəsizlik, ideoloji, iqtisadi və strateji amillərlə bağlı dərin narahatlıqlardan qaynaqlanırdı.

    Təhlükəsizlik narahatlıqları

    Misir dəfələrlə bölgədəki gərginliyin regional sabitliyi pozacağı və ciddi humanitar nəticələrə səbəb olacağı barədə narahatlığını ifadə edib.

    Bu narahatlıq fonunda Qahirə xüsusilə Sinay yarımadasının təhlükəsizliyinə diqqət yetirirdi. Qəzza və İsrail ilə sərhədləri paylaşan Sinayda gərginliyin genişlənməsi Misirin birbaşa milli təhlükəsizliyi üçün təhdid yaradırdı. Qahirə münaqişənin öz ərazisinə sıçramasından ciddi şəkildə qorxurdu.

    Bu qorxular 7 oktyabr hücumları ilə reallaşdı. İsrailin genişmiqyaslı hərbi cavabı təxminən 70 min Qəzza sakininin ölümü, bölgənin böyük hissəsinin dağıdılması, və 2,3 milyon fələstinlinin daxili köçkünə çevrilməsi ilə nəticələndi. Bu isə kütləvi deportasiya riskini ortaya çıxardı.

    Misir dəfələrlə Qəzza sakinlərinin Sinaya köçürülməsi ssenarisini qəti şəkildə rədd edib, bunu milli təhlükəsizliyinə açıq təhdid adlandırıb.

    Prezident Abdülfəttah əs-Sisi dəfələrlə xəbərdarlıq edib ki, bu miqyasda əhali axını Misirin artıq mövcud olan iqtisadi və təhlükəsizlik böhranlarını daha da dərinləşdirəcək. O həmçinin belə bir köçün 1979-cu il Misir–İsrail sülh müqaviləsini də sarsıda biləcəyindən ehtiyat edib.

    Köçürülmə məsələsi Qahirə ilə Təl-Əviv arasında münasibətləri gərginləşdirdi. Misir Sinayda hərbi mövcudluğunu gücləndirdi, bu da İsrail tərəfindən sülh müqaviləsinin təhlükəsizlik əlavəsinin pozulması kimi qiymətləndirildi.

    Eyni zamanda Qahirə–Vaşinqton münasibətləri də pisləşdi. Bu, xüsusilə ABŞ prezidenti Donald Trampın 2025-ci ilin fevralında “Qəzzanı idarə etməyi” və “Yaxın Şərqin Rivyerasına çevirməyi” təklif etməsindən, həmçinin Misir və İordaniyaya Qəzza qaçqınlarını qəbul etməyi istəməsindən sonra daha da artdı.

    Misir tarixən Sinay üzərində suverenliyini qorumaq uğrunda mübarizə aparıb - əvvəlcə İsrail işğalına qarşı, daha sonra isə “İŞİD”lə əlaqəli silahlı qruplara qarşı.

    Köçürülmə ssenarisi isə bu suverenliyi əvəzsiz şəkildə itirmək demək idi və Qahirə belə bir təhlükəni qətiyyən qəbul etməyə hazır deyildi.

    HƏMAS ideologiyası

    7 oktyabr hücumlarından sonra yaranan vəziyyət Sinayda cihadçı qrupların fəallaşması riskini artırdı. Bu isə illərdir Misir ordusuna qarşı döyüşən və bölgədə “İslam xilafəti” qurmağa çalışan “İŞİD” qruplarının yenidən gündəmə gəlməsi demək idi.

    Bu eskalasiyada “HƏMAS”ın iştirakı Qahirə üçün xüsusilə narahatedici idi. Çünki Misir “HƏMAS”ı “Müsəlman Qardaşlar”ın ideoloji uzantısı kimi görür və hər iki hərəkat arasında dərin düşmənçilik mövcuddur.

    Misir 2013-cü ildə “Müsəlman Qardaşlar”ı qadağan etmiş və onu daxili təhlükə adlandırmışdı. Bu səbəbdən, Qahirə Fələstin müqavimətinə dəstək versə də, “HƏMAS”ın silahlı fəaliyyətinə daim ehtiyatla yanaşıb.

    2004-cü ildə Sinay partlayışları, 2008-ci ildə isə “HƏMAS” üzvlərinin Qəzza-Sinay sərhədini zorla keçməsi hadisələri bu münasibətlərə əlavə gərginlik gətirmişdi.

    7 oktyabr hadisələri “HƏMAS”a bənzər ideologiyaların yayılması riskini artırdı. Bu səbəbdən Qahirə hərəkatı alternativ siyasi proseslərə cəlb etməyə çalışdı.

    Eyni zamanda Misirin davamlı atəşkəs çağırışları, “HƏMAS”ın hərbi gücünü məhdudlaşdırmaq, amma digər fələstinli qüvvələri qorumaq məqsədi daşıyırdı.

    Hazırda Misir, Qəzzanın gələcək idarəçiliyində “HƏMAS”ın yer almaması mövqeyini qoruyur. Əvvəlcə fələstinli texnokratlardan ibarət müvəqqəti idarə heyəti təklif edən Qahirə indi Prezident Trampın “HƏMAS”sız Qəzza planını dəstəkləyir.

    7 oktyabr hadisələri və sonrakı müharibələr Misirin zəif iqtisadiyyatına yeni zərbə vurdu. Sinaydakı Rəfah keçidi Qəzzanın İsrailə aid olmayan yeganə çıxış nöqtəsi olduğundan, humanitar yardımların əsas tranzit məntəqəsinə çevrildi.

    Bu, Qahirənin məhdud resurslarına əlavə təzyiq yaratdı. Bəzi yerli müşahidəçilər daxili sosial ehtiyaclar qarşılanmadan Qəzzaya yardım ayrılmasının məqsədəuyğunluğunu sual altına aldı.

    Misirin turizm sektoru - ÜDM-in 13%-ni təmin edən və 10%-dən çox əhalini məşğul edən sahə - müharibə nəticəsində birbaşa təhlükə altına düşdü. Regional qeyri-sabitlik Şarm əl-Şeyx və Hurqada kimi kurortlara turist axınını azaldırdı. Bu da Misirin münaqişənin böyüməsinə qarşı çıxmasının əsas səbəblərindən biri idi.

    Eyni zamanda Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Süveyş Kanalı yaxınlığındakı dəniz yollarını pozdu. Bu, Misiri xarici valyuta gəlirlərindən məhrum etdi.

    Rəsmi məlumatlara görə, Süveyş Kanalının gəlirləri 50%-dən çox azalıb. Bu, iqtisadi vəziyyətin nə qədər kövrək olduğunu göstərir və Qahirəni beynəlxalq borclar və dövlət aktivlərinin satışı kimi alternativ maliyyə mənbələrinə yönəldir.

    İki dövlətli həll

    Misirin 7 oktyabr sonrası gərginliyə qarşı sərt mövqeyi həm də iki dövlətli həllin məhv edilməsi təhlükəsi ilə bağlı idi.

    Prezident Sisi hücumlardan bir neçə gün sonra Qəzza sakinlərinə “öz torpaqlarını tərk etməməyi” tövsiyə edərək, belə bir addımın “gedişi olan, dönüşü olmayan bilet” olacağı barədə xəbərdarlıq etmişdi. Bu açıqlama Misirin Qəzzanın boşaldılmasından və iki dövlətli həllin süqutundan qorxusunu əks etdirirdi.

    İsrailin Qərb Sahilindəki məskunlaşma siyasətini genişləndirməsi və Qəzzanın yenidən məskunlaşdırılması planları Fələstin dövlətinin qurulmasını praktiki olaraq mümkünsüz hala gətirib.

    Misir üçün 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmaq həm regional sabitliyin təminatı, həm də öz milli təhlükəsizliyinin qorunması baxımından ən real variant sayılır.

    Qahirə hesab edir ki, İsrail-Fələstin münaqişəsinin həll olunmaması, regionun sabitliyinə və Misirin təhlükəsizliyinə birbaşa təhdid yaradır.

    Həm təhlükəsizlik, həm iqtisadi, həm də diplomatik baxımdan Misir, iki dövlətli həllə sadiqliyini qoruyaraq həm ərəb dünyası, həm də Qərb müttəfiqləri qarşısında etibarlı vasitəçi statusunu saxlayır.

    Bu mövqe sayəsində Misir sülh danışıqlarında əsas oyunçu kimi qalır. O cümlədən Şarm əl-Şeyxdə keçirilən son danışıqlarda İsrail və fələstinlilər arasında atəşkəs, girovların azad edilməsi və İsrail qoşunlarının Qəzzadan mərhələli çıxarılması barədə razılıq əldə olunub.

    Bu razılaşma Prezident Trampın Qəzza üçün irəli sürdüyü 20 maddəlik planın bir hissəsidir. Misir bu planı regional sülhə aparan fürsət kimi qiymətləndirir və hesab edir ki, Fələstin dövlətinin yaradılması bu prosesin vazkeçilməz şərtidir.

    #Misir #HƏMAS #Qədim Misir #Qahirə #Misir şirkətləri #Misir və ABŞ münasibətləri #Ərəb Sammiti Qahirə 2025 Qəzza planı #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #Həmasın təşkilati strukturu #Türkiyənin Qahirə Böyükelçisi Salih Mutlu Şen #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Qahirənin qərbində yaşayış şəhəri #Qahirə Konfransı #HƏMAS bayıra #bayıra! #Misir–İsrail Sülh Müqaviləsi 1979 #Misir–İsrail münasibətlərində gərginlik #İsrail-Misir əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    19 Dekabr 2025 11:35

    Türkiyədən Misirə xalça ixracı artıb (ÖZƏL)

    19 Dekabr 2025 11:17

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    ABŞ Netanyahuya Qəzza və regional siyasətə görə sərt mesajlar ünvanlayıb

    16 Dekabr 2025 14:41

    Türkiyədən Misirə polad ixracı azalıb (ÖZƏL)

    14 Dekabr 2025 17:00

    İsrailin öldürdüyünü elan etdiyi “Qəssam” rəhbəri haqqında nə bilinir?

    14 Dekabr 2025 10:03

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    Türkiyədən Misirə sement ixracı azalıb (ÖZƏL)

    12 Dekabr 2025 16:09

    Türkiyədən Misirə dəri ixracı 12 milyon dolları keçib (ÖZƏL)

    11 Dekabr 2025 09:13

    Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub

    9 Dekabr 2025 11:57

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    7 Dekabr 2025 15:00

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    7 Dekabr 2025 11:23
    Demo
    XƏBƏR LENTİ

    Hizbullahın gizli dəniz layihəsi barədə məlumatlar əldə edilib - İsrail ordusu

    Tarixdə bu gün – 20 Dekabr

    Kocaelidə aşkar edilən Orlan-10 PUA-sı ilə bağlı yeni detal məlum olub

    SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur

    Türkiyədə şəhərsalma yenilənməsi ilə 2,3 milyondan çox bina yenilənir

    Türkiyədə Orlan-10 tipli Rus PUA-sı tapılıb

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

    UFC-nin ən güclüsü - İslam Mahaçev kimdir?

    Misirin Baş naziri Livana səfər edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.