Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Vaşinqton İrandakı etirazlar fonunda hərbi güc tətbiqini gündəmdə saxlayır

    13 Yanvar 2026 10:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Trampa etiraz aksiyalarının davam etdiyi İrana qarşı ənənəvi hava hücumları ilə yanaşı, kiber və psixoloji əməliyyat variantlarını ehtiva edən geniş hesabat təqdim edilib.

    AzerVoice xəbər verir ki, CBS News kanalına danışan ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Prezident Trampın İrana qarşı istifadə edilə biləcək hərbi və gizli vasitələr barədə ətraflı məlumatlandırıldığını bildiriblər. Məlumata görə, mümkün hərbi müdaxilə zamanı hava qüvvələri və uzaqmənzilli raketlər əsas rolunu qoruyub saxlasa da, kiber əməliyyatlar və psixoloji fəaliyyətlər də masadakı variantlar arasındadır.

    Bu əməliyyatların İranın komandanlıq strukturu, rabitə şəbəkələri və dövlət tərəfindən idarə olunan medianı hədəf ala biləcəyi iddia edilir. Bununla belə, rəsmilər hələlik yekun qərarın verilmədiyini və diplomatik kanalların açıq qaldığını vurğulayıblar. Ağ Evin sözçüsü Karoline Leavitt isə bildirib ki, Tramp ilk növbədə diplomatiyaya üstünlük verir, lakin hərbi gücdən istifadə variantı hər zaman gündəmdədir.

    Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə iqtisadi çətinliklər və milli valyutanın dəyərdən düşməsi səbəbindən başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb. Zorakılıq hallarının artması ilə əlaqədar yanvarın 9-da ölkə üzrə internet kəsilib.

    İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) 16-cı günlə bağlı hesabatına əsasən, nümayişlərdə 133-ü təhlükəsizlik əməkdaşı olmaqla cəmi 646 nəfər həyatını itirib. Həmçinin indiyədək 10 min 721 nəfərin saxlanıldığı bildirilir.

    #İran #Donald Tramp #İran-ABŞ münasibətləri #Trampın fərmanları #Trampın iddiaları #Trampın Avropa siyasəti #Tramp İran siyasəti #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #ABŞ və İran münasibətləri #İran–ABŞ əlaqələrinin kəsilməsi #ABŞ–İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    10 Fevral 2026 13:01

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.