Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Dr.Ramin Vəkilov

    İslam hüquq təfəkkürünün köklərinə endiyimizdə, tarixi inkişafda həlledici olan ilk ayrımın əvvəlcə coğrafi əsaslara söykəndiyini görürük: Əhl-i Hicaz və Əhl-i İraq. Təbii ki, bu bölünmə öz daxilində həm bəlli bir sosyal fərqlilik və buna müvafiq üslub fərqliliyini əks edirməkdə idi. Məhz buna görədə bir müddətdən sonra bu ayrım coğrafi xüsusiyyətindən uzaqlaşaraq yerini metodoloji bir kimliyə vermişdir. Bu metodoloji ayrımın iki əsas axını isə Əhl-i Hədis və Əhl-i Rəy kimi formalaşmışdır.

    Əhl-i Rəy Kimdir və Metodları Nələrdir?

    Əhl-i Rəy (Görüş, düşüncı əhli), adətən İraq bölgəsində, xüsusən də Kufə şəhərində cəmləşmiş bir elm çevrəsini ifadə edirdi. Bu cərəyan, hüquqi və dini məsələləri anlamaqda və həyata ətbiq etməkdə təkcə rəvayət materialları (hədis, səhabə vəya tabiin görüşü) ilə kifayətlənməyib, rəy (əqli mühakimə, görüş, təhlil) anlayışını mərkəzə qoymuşdur. Rəy kəlməsi, ərəb dilində bir məsələ haqqında düşünüb-daşındıqdan sonra qəlbin gəldiyi nəticə və ya qənaət mənasına gəlməkdədir. Sonrakı dövrlərdə bu ictihad ilə eyniyyət təşkil edən bir anlayışa çevrilmişdir. Əhl-i Rəy, Qur’an və Sünnət mətnlərini (nass) xüsusilə bir çox kəlami məsələlərdə təvil edərək (yozaraq) anlamış və hökmləri bir sıra illət (hökmün əsaslandığı təməl səbəb) və hikmətlərlə əsaslandırmışdır. Bu təməllərdən çıxış edərək, ilk növbədə qiyas (analoji) və istehsan olmaqla, müxtəlif ictihad yollarını tətbiq etmişlər. Unutmayaq ki, ilk dövrlərdə əhli-rəy qiyas dedikdə sadəcə analogiyanı (bənzərlik səbəbi ilə bir şeyyin hökmünü başqasına tətbiq etmə) anlamamış onu daha geniş şəkildə əqli mühakimə yürüdərək hökm vermə olaraq qəbul etmişdir. Əhl-i Rəy ənənəsinin kökü, Kufədə qazılıq edən və beytülmal idarəçiliyi ilə vəzifələndirilən səhabə Abdullah İbn Məsud’a qədər uzanır. İbn Məsuddan sonra bu metodoloji düşüncə, Alqamə və İbrahim Nəxəiyə, onlardan da Həmmad b. Əbu Süleyman xətti ilə tələbəsi Əbu Hənifəyə (ö. 150/767) keçmiş və onun tərəfindən sistemli bir fiqh məktəbinə çevrilmişdir. Buna görə də, fiqh ədəbiyyatında Əhl-i Rəy ifadəsi ilə adətən Hənəfilər nəzərdə tutulur.

    Bir Əhli-Rəy ənənəsi olaraq Hənəfilik İslam hüququna istehsan metodunu bəxş etmişdir. İstehsan bəlli şəri hökmlərin daha qüvvətli səbəblərdən dolayı tərk edilməsi mənasına gəlməkdə idi. İslam hüququnun formalaşdığı erkən dövrlərdə qiyas metodundan doğan hüquqi çıxılmazlıqları həl etmək üçün meydana sürülən bu metod başda İmam Şafii olmaqla hədis əhli tərəfindən ciddi şəkildə tənqid edilmişdi.

    Tənqidlərin Obyektində: Rəy və İstihsan

    Əhl-i Hədis məktəbi, Əhl-i Rəyin dini hökmlərdə əqli metodu mərkəzə alma cəhdlərinə qarşı tənqidi mövqe tutmuşdurlar. Əhl-i Hədis, hökmlərin qoyulmasında Quranla bərabər Peyğəmbərdən (s.ə.s.) və ondan sonra yaşamış ilk iki nəsildən nəql edlən mətnləri yetərli hesab etmişdirlər. Hüquqi hökmlərin inşasında əhli-rəy kimi əqli mühakiməyə baş vurulması məsələsində isə tərəddüd etmişdirlər.

    Əhli- Hədisin rəy əhlini ilk sistemli tənqidi İmam Şafii tərəfindən istehsan metoduna qarşı gerçəkləşdirildi. Şafii Hənəfilərin istehsanını tələzzüz (keyfinə görə hökm vermə), “alternativ şəriət qoyma” olduğunu bildirmiş və bu mövzuda əsərlər qələmə almışdır. Əhli Rə`y/Hənəfi məktəbinin ən ciddi və acımasız tənqidləri isə hicri III- IV əsrlərdə gerçəkləşmişdir. Əsasən Əhməd b. Hənbəlin ətrafında toplanan radikal Əhli-Hədis qurupları bəzən insafsızlığa varacaq şəkildə Əbu Hənifə və onun hüquq anlayışını tənqid etmişdirlər. Bu kəskin, acımasız tənqidlər təbii ki, sadəcə elmi əndişlərdən qaynaqlanmamaqda idi. Belə bir sərt tutumda Əhli-,Hədis çevrələrinin uğradığı bəlli bir sosyal travmanın xüsusi rolü vardı. Beləki hicri 218-234-cü illərdə baş vermiş Abbasi xilafətində əhli-hədis imamlarının təqib edildiyi Mihnə hadisələrində Mötəzili/Hənəfi imamların dövlətin məhkəmə sistemində həlledici rol oynamışlardı. Bu hadisələr zamanı uğradıqları zülm və məşəqqət hədis əhlinin düşüncələrinə təsir etmiş və ona müəyyən ideoloji hüviyyət qazandırmışdı. Ama Hicri V əsrdən sonra xüsusən fiqhi məzhəblərin meydana çıxması ilə Əhli-Hədis və Rəy əhli arasındakı münasibətlərdə bəlli bir yumşalma başladı. Bu dövrdə Əhli Hədis içərisindən Hənbəlilik, Zahirilik, Şafiilik və Malikilik kimi müstəqil hüquq məktəbləri çıxsa da Rəy xətti sadəcə Hənəfiliklə davam etdi.

    Əhli-Hədis gələnəyindən doğan məzhəblər arasında Hənəfiliklə elmi münaqişələr əvvəlki kəskinliyində olmasa da sonraki dövrlərdə də davam etdi. Əsərləri ilə Əhli-Hədisə yeni ruh vermiş və özündən sonra modern dövr də daxil olmaqla bütün İslam düşüncəsinə təsir etmiş hicri VIII əsrin elm adamı Şeyxulislam İbn Teymiyyə (v. 1327) ehtiyatlı şəkildə, “uçurub tökmədən” Hənəfiləin hüquq metodologiyasına tənqidlərini yönəltmişdir. İbn Teymiyyə, hənəfiləri metodologiyalarında qeyri-müəyyənliyin olmasını bildirirdi. Eyni zamanda onları qiyas məsələsində ağıl və şəriyətin toqquşacağına inanmaqda, şəriət hökümlərinin bütün hadisələri əhatə etməyəcəyi qənaətini daşımaqda ittiham edirdi. Bunula bərabər nassları anlamaq və dəyərləndirməkdə isabətli olmamaq, hileyi-şəriyyə, fərzi hüquq kimi məsələlər də onun hənəfilərə yönəltdiyi tənqidlər arasında idi. (İbn Teymiyyənin Hənəfilərə tənqidlərini inşallah ayrıca bir yazıda qələmə alacağıq).

    Qalıcı Təsir və Müasir Miras

    Əhl-i Rəy və Əhl-i Hədis arasındakı ixtilaf və rəqabət, İslam hüquq təfəkkürünün ilk dövrlərindəki öz təsirini bir şəkildə saxlamışdır. Hicrətin V əsrində İbn Abdülbərr, Əbu İshaq Şirazi kimi alimlərin əsərlərində Əbu Hənifə və metodu haqqında daha təmkinli və məqbul fikirlər söyləməsi ilə buzları əritmişdi. Hətta ilk hənbəli usul (huquq metodlogiyasi) əsəri olan əl-Üddədə müəllif Əbu Yəla əl-Fərra Əhməd b. Hənbəlin əhli-rəyi tənqid edən görüşlərindən məqsəd Hənəfilər olmayıb qədərilər olduğunu bildirmişdi.

    Bəli sonraki dövrlərdə Əhli-Sünnt xəttində ümumi konses oluşaraq dörd məzhəb mötəbər hüquq məktəbləri olaraq qəbul edildi. Fəqət bu mərhələyə gələnə qədər çox ağır fikri çatışmalar oldu. Əhli-Rəy məktəbi hədis əhlinin ciddi tənqidləri və təzyiqləri ilə bəzi metodoloji dəyişimlərə uğradı. Ama eyni zamanda qarşı tərəfi də dəyişdirdi. Əqli mühakimə metodunun müəyyən şəkildə Hədis məktəbinin qapisina uğraması heç şübhəsiz Rəy məktəbinin təsiri ilə oldu. “Mütəvatir”, “istihsan”, kimi bir çox rəy məktəbinin meydana qoyduğu terminlər əhli-hədis alimlərinin də əsərlərinə daxil oldu. Hətta ilk hənbəli usul kitabları məhz hənəfilərdən təsirlənərək yazıldğı izlənimi verməkdədr Hənbəli hüquq metodologiyasında ilk əsərləri yazan Əbu Yəla və iki tələbəsi Kəlvəzani və İbn Əqil məhz əqli metodu istifadə etdilər. Eyni zamanda Şafii və Maliki məzhəbləri də əqliləşmə prosesindən kənarda qalmadı. Fikrimizcə bu prosesə kifayət qədər adaptə ola bilməyən əhli-hədis ənənəsindən gələn daha qatı söyləmə malik Zahiri məzhəbi isə varlığını davam etdirə bilməyərək tarixə qovuşdu.

    İstifadə olunan ədəbiyat,

    Əhməd b. Hənbəl. Məsâilu Ahmed b. Hənbəl, Rivayəu ibnihi Abdullah.
    İbn Abdulbərr en-Nəməri, el-İntika’ fi fədaili’s-səlaseti’l-fuqahai el-Mâlik, veş-Şâfiî, ve Əbi Hanîfe,
    İbn Hazm, el-İhkâm
    İbn Teymiyyə, ər-Risalə fi fəzaili əimməti’il-ərbaa ve ma əmtazə bihi kulli imamin min fəziləti
    İbn Teymiyyə, Məcmu`l-Fətava.
    Saymərî, Əxbâru Əbi Hanîfə ve ashabihi
    Şâfiî, el-Ümm
    Vekiloğlu Ömer, İbn Teyiyye`nin Hanefilik algısı
    Xətîb Bağdâdî Tarixu Bağdad.
    Cəssas, əl-Füsul
    Dəbusi, Təqvimul-ədillə

    İslam hüquq təfəkkürü Əhl-i Rəy Əhl-i Hədis fiqh metodologiyası İslam hüququnda metodoloji ayrım Hənəfi hüquq məktəbi hədis mərkəzli fiqh İslam hüquq tarixi fiqh usulu ictihad anlayışı qiyas metodu istihsan fiqhi İmam Əbu Hənifə fiqhi metodu İmam Şafii istihsan tənqidi Əhməd ibn Hənbəl hədis məktəbi İbn Teymiyyə fiqh düşüncəsi Abbasi xilafəti fiqh mübahisələri Mihnə hadisəsi və fiqh Hicaz və İraq fiqh ənənələri Kufə hüquq məktəbi rəvayət və dirayət fərqi nassların təvili şəriət hökmlərinin illəti İslam hüququnda rasional yanaşma dörd sünni məzhəbin formalaşması klassik İslam hüquq sistemi məzhəblərarası elmi mübahisə İslam düşüncə tarixi fiqh və kəlam münasibəti Əhli-sünnə hüquq irsi
    breaking analysis deep islamic analysis long-read islamic thought fiqh methodology explained islamic legal schools history of islamic jurisprudence ahl al-ray ahl al-hadith early islamic intellectual conflict classical islamic scholarship islamic law evolution academic islamic studies islamic fiqh longform religion and law analysis historical islamic debates sunni legal traditions fiqh schools explained usul al-fiqh history islamic methodology dispute think-tank islamic analysis azerbaijan islamic studies
    Ahl al-Ray Ahl al-Hadith Islamic legal methodology history of Islamic jurisprudence usul al-fiqh Hanafi school methodology reason and revelation in Islam early Sunni legal debates Islamic intellectual history Ахль ар-Рай Ахль аль-Хадис исламская правовая методология история фикха ханафитская школа рациональный метод в исламе классическая исламская мысль Ehl-i Rey Ehl-i Hadis İslam hukuk metodolojisi fıkıh usulü Hanefi mezhebi akıl ve nass ilişkisi klasik İslam düşüncesi

    #İslam irsi #Hənəfi məzhəbi #Ramin Vəkilov #Əhl-i Rəy #Əhl-i Hədis #İslam hüquq təfəkkürü #fiqhi məzhəblərin formalaşması #İslam fiqh metodologiyası #İslam hüququnda metodoloji ayrımlar #əqli mühakimə və fiqh #rəvayət və dirayət metodu #fiqh məktəbləri arasındakı ixtilaflar #Hicaz və İraq hüquq ənənəsi #Kufə fiqh məktəbi #rəvayət mərkəzli hüquq anlayışı #nassların təvili #Hənəfi məzhəbinin hüquqi metodologiyası #İslam fiqhində rəy və istihsan anlayışı #İmam Şafiinin istihsana tənqidi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    1 Fevral 2026 20:00

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    1 Fevral 2026 19:16

    Səlib Yürüşlərində Tibb Möcüzəsi: Müsəlman Həkimlər Xristian Kralları Necə Müalicə Edirdi?

    31 Yanvar 2026 18:56

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    25 Yanvar 2026 18:30

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    Vatikanın Türkiyə planı: Ortodoks dünyasında güc balansı dəyişirmi?

    1 Dekabr 2025 19:54

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00
    Demo
    XƏBƏR LENTİ

    Suriya ordusu Həsəkəyə daxil oldu

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

    Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır - Anar Quliyev

    “Kimdir günahkarlar?”: Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi

    Kristiano Ronaldo narazıdır - Əl-Nəsrdə transfer böhranı böyüyür

    Cəlilabadda əmisi tərəfindən ağır xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb

    Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.