Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Kristiano Ronaldo narazıdır - Əl-Nəsrdə transfer böhranı böyüyür

    2 Fevral 2026 15:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Portuqaliya mətbuatının yaydığı xəbərlərə görə, Kristiano Ronaldo transfer siyasətindən narazı qaldığı üçün Əl-Nəsrin Səudiyyə Ərəbistanı Premyer Liqasındakı növbəti oyununda iştirakdan imtina etməyi düşünür.

    AzerVoice xəbər verir ki, beşqat “Qızıl top” sahibi olan 40 yaşlı hücumçu Yaxın Şərqdə özünü narahat hiss edir və bu narazılıq yerli derbidə — Əl-Riyadla oyunda meydana çıxmamaq ehtimalını gündəmə gətirib.

    Əvvəlcə Ronaldonun oyundan kənar qalmasının səbəbi kimi fiziki yüklənmənin idarə olunması göstərilsə də, Portuqaliyanın A Bola nəşri bu iddiaları təkzib edib. Qəzetin yazdığına görə, mümkün yoxluq “portuqaliyalı hücumçunun fiziki vəziyyəti ilə əlaqəli deyil”.

    Məlumata görə, Ronaldo klubun üç ildir təmsil olunduğu müddətdə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən Əl-Nəsrə göstərilən münasibətdən narazıdır və eyni fond tərəfindən idarə olunan rəqib klublarla müqayisədə komandasının yetərincə dəstək almadığını düşünür.

    Komandanın kapitanı olan Ronaldo qış transfer pəncərəsində yetərli gücləndirmənin edilməməsindən məyusdur. Baş məşqçi Jorje Jezush indiyədək heyəti genişləndirmək üçün tələb olunan maliyyə dəstəyini almayıb. Bu müddətdə komandaya yalnız İraqdan transfer olunan 21 yaşlı yarımmüdafiəçi Hayder Əbdülkərim qoşulub.

    Həmçinin Ronaldonun həmyerliləri — idman direktoru Simao Koutinyo və icraçı direktor Joze Semedonun səlahiyyətlərinin ayın əvvəlindən etibarən məhdudlaşdırıldığı bildirilir.

    Ronaldo hesab edir ki, hazırkı idarəetmə modeli Əl-Hilalla müqayisədə Əl-Nəsr üçün zərərlidir. Mətbuatda, lider mövqedə olan Əl-Hilalın Ronaldonun sabiq “Real Madrid”li komanda yoldaşı Kərim Benzemanı transfer edə biləcəyi barədə iddialar da yer alıb. Türkiyə mediası isə Ronaldonun Benzemanın mümkün keçidinə “ədalətli rəqabət mühitinə zərər verəcəyi” arqumenti ilə qarşı çıxdığını yazır.

    Bu, Ronaldonun Səudiyyə Pro Liqasında baş verənlərə ilk dəfə etiraz etməsi deyil. Yanvarın ortalarında baş məşqçi Jorje Jezush “klubun Əl-Hilal qədər siyasi gücə malik olmadığını” demiş, Ronaldonun da bu mövqeyi dəstəklədiyi bildirilmişdi.

    #Səudiyyə Ərəbistanı #Ronaldo #Kriştiano Ronaldo #Əl-Nəsr #Əl-Hilal və Əl-Nəsr müqayisəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    17 Fevral 2026 17:05

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    16 Fevral 2026 15:24

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    13 Fevral 2026 15:54

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Türkiyə istehsalı pilotsuz dəniz vasitələri Səudiyyədə

    11 Fevral 2026 13:12

    GÖKBEY Səudiyyə Ərəbistanında istehsal olunacaq: Tarixi müqavilə imzalandı

    10 Fevral 2026 16:25

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31
    XƏBƏR LENTİ

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.