Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    2 Fevral 2026 16:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, "CESI S.p.A" şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

    Energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük bərpa olunan enerji potensialının araşdırılmasında üç ölkənin, beynəlxalq qurumların və məsləhətçi şirkətlərin ortaq səylərinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsi ölkələr arasındakı enerji bağlantılarını gücləndirməklə strateji əməkdaşlığı daha da dərinləşdirəcək.

    Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov və Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadinov tədqiqatdan yüksək nəticələr gözlədiklərini qeyd edərək, "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin regional enerji inteqrasiyası və aşağı karbonlu keçid üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

    İclasda məsləhətçi şirkət "CESI S.p.A", eləcə də tərəfdaşları Türkiyənin "EPRA" və Böyük Britaniyanın "JURU" şirkətləri tərəfindən birgə həyata keçiriləcək layihənin texniki-iqtisadi əsaslandırmasının başlanğıc mərhələsi üzrə planlaşdırılan tədbirlər və müvafiq missiyanın təşkili ilə bağlı müzakirələr aparılıb. Növbəti addımlar razılaşdırılıb.

    Qeyd edək ki, layihənin icrası məqsədilə "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" əsasında "Yaşıl Dəhliz Alyansı" - Birgə Müəssisə yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın "CESI S.p.A" şirkəti beynəlxalq tenderdə qalib elan olunub. Texniki‑iqtisadi əsaslandırma prosesi Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyata keçiriləcəkdir.

    #Azərbaycan #Qazaxıstan #Özbəkistan #Asiya İnkişaf Bankı (AİB) #Energetika Nazirliyi #Mərkəzi Asiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    18 Fevral 2026 15:09

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    18 Fevral 2026 14:54

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    17 Fevral 2026 17:05

    Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

    17 Fevral 2026 14:21

    Keçən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    17 Fevral 2026 14:13

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    16 Fevral 2026 17:40

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Nihad Muxtarlı Nazirliyin Aparat rəhbərinin müavini təyin edildi

    16 Fevral 2026 15:32

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    16 Fevral 2026 14:20

    Yanvarda Türkiyənin Özbəkistana xalça ixracında kəskin artım (ÖZƏL)

    16 Fevral 2026 11:18

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    14 Fevral 2026 19:24
    XƏBƏR LENTİ

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İnşaat Kollecinə yeni direktor təyin olunub

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.