Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Suriya hökuməti ilə YPG arasında əldə olunan razılaşmanın icrası çərçivəsində Suriya təhlükəsizlik qüvvələri Həsəkə şəhər mərkəzinə daxil olub.

    AzerVoice xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyinə tabe olan daxili təhlükəsizlik qüvvələri Həsəkə şəhərinə şərq istiqamətindən daxil olub.

    Suriya Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib ki, Mərvan əl-Əli, Həsəkə üzrə Daxili Təhlükəsizlik Komandanı, şəhərə giriş ərəfəsində bölmələrə konkret göstərişlər verib. O, təhlükəsizlik tapşırıqlarının əvvəlcədən təsdiqlənmiş planlar əsasında, qanunvericiliyə tam uyğun, ciddi intizam çərçivəsində icra edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ictimai asayişin qorunması, vətəndaşların, eləcə də dövlət və özəl mülkiyyətin təhlükəsizliyinin təmin olunmasının prioritet olduğu qeyd edilib.

    Dəməşq–YPG razılaşmasına əsasən, YPG-nin nəzarətində olan Həsəkə şəhəri və Qamışlı rayonunda təhlükəsizlik və dövlət idarəetmə strukturlarının mərhələli şəkildə Suriya hökumətinə təhvil verilməsi nəzərdə tutulur. Bu prosesin bölgədə uzunmüddətli sabitliyin təmininə yönəldiyi bildirilir.

    Xatırladaq ki, yanvarın 30-da Suriya dövlət televiziyası hökumət mənbələrinə istinadən Dəməşq administrasiyası ilə YPG arasında atəşkəs və hərbi-idarəetmə strukturlarının mərhələli inteqrasiyasını ehtiva edən genişmiqyaslı razılaşmanın əldə edildiyini açıqlayıb. Razılaşmanın əsas məqsədi ölkənin ərazi bütövlüyünün bərpası, hüquqi idarəetmənin təmin edilməsi və Suriya üzrə yenidənqurma proseslərinin vahid mərkəzdən əlaqələndirilməsidir.

    #Suriya #Dəməşq #Suriya ordusu və təhlükəsizlik #SDQ və Suriya ordusunun birləşməsi #SDQ #Həsəkə #Suriya ordusu əməliyyatı #Suriya ordusu irəliləyir #Həsəkə vilayəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    17 Fevral 2026 15:56

    Qətərli sahibkarlar Suriyada yenidənqurma layihələrinə start verdi

    17 Fevral 2026 09:22

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    12 Fevral 2026 13:41

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    Suriyanın şimal-qərbində sel fəlakəti: Ölənlər var

    9 Fevral 2026 09:43

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03
    XƏBƏR LENTİ

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.