Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    “Kimdir günahkarlar?”: Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi

    2 Fevral 2026 15:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    “Who Are the Guilty?” adlı hesabat 1984-cü il noyabr ayında Hindistanın iki nüfuzlu insan haqları təşkilatı – Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (People's Union for Civil Liberties, PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (People's Union for Democratic Rights, PUDR) tərəfindən birgə hazırlanmış müstəqil fakt araşdırma sənədidir.

    AzerVoice Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, sənəd 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında hazırlanmışdır.

    Hesabatın əsas məqsədi 31 oktyabr 1984-cü ildə paytaxt Dehli və ətraf ərazilərində Zikh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir. Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtaran və sağ qalanlar, şahidlər, qaçqın düşərgələrində yerləşən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulmuşdur. Hesabatın əsas nəticəsi ondan ibarətdir ki, baş verən zorakılıqların rəsmi açıqlamalardan fərqli olaraq, hökumət qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılmış və təşkil olunduğunu sübut etsinlər.

    Zorakılıq aktlarının pik həddi 1984-cü il 1–3 noyabr tarixləri arasında qeydə alınmışdır. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu qeyd edir. Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi qeydə alınmışdır. Zorakılığın daha genişmiqyaslı sosial və iqtisadi nəticələri də dərin olmuşdur. Rəsmi məlumatlara görə yardım düşərgələrində 20 000 nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 000-dən artıq şəxs evsiz qalmış və köçkün vəziyyətinə düşmüşdür. Minlərlə ailə başsız qalmış, yüzlərlə uşaq yetim qalmış, çoxsaylı şəxslər ağır bədən xəsarətləri almışdır. Psixoloji təsirlər uzunmüddətli xarakter daşımışdır, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirmiş, evlərinə qayıtmaqdan imtina etmiş və dərin ruhi çətinliklərlə üzləşmişdir.

    Hesabata əsasən, 20–50 yaş arası gənc Ziqh kişiləri evlərdən zorla çıxarılmış, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə sulandıqdan sonra, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetirilmişdir. Eyni zamanda, geniş miqyasda qarət aparılmış, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılmış, habelə qrup zorlamaları törədilmişdir ki, bunlardan 14–50 yaş arası qadınlara qarşı ən azı dörd hal sənədləşdirilmişdir.

    Hesabat bu hadisələrin sistemli xarakterini və dövlət qurumlarının məsuliyyətini nəzərə alaraq dərhal müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb etmişdir. Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, Zikhlərə qarşı törədillmiş qanlı hadisələrə görə Yüksək ranklı məmurların və siyasi fiqurların heç biri cəzalandırılmamışdır.

    Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən “dövlət səviyyəsində təşkil olunmuş qırğın” (organized carnage) kimi xarakterizə olunmuş və bu kontekstdə geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.

    Qeyd edək ki, keçən ay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda baş tutan beynəlxalq konfransın sonunda dünyanın müxtəlif ölkələrdə fəaliyyət göstərən zikh icmalarının nümayəndələri Hindistan hökumətindən adıçəkilən təqibləri dayandırmağı və törədilmiş qətliamları tanımağı tələb etmişlər.

    #Bakı Təşəbbüs Qrupu #1984 siqh qətliamı #Hindistanda insan haqları pozuntuları #PUCL PUDR hesabatı #Dehli zorakılıqları #siqh icmasına qarşı repressiya #Hindistan hökuməti insan haqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    16 Yanvar 2026 12:57

    Dünyanın müxtəlif şəhərlərində Hindistan hökumətinə qarşı kütləvi etirazlar keçirilib

    5 Yanvar 2026 16:07

    Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin qaranlıq səhifələrini araşdırır

    15 Dekabr 2025 12:27

    Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

    29 Oktyabr 2025 10:25

    Abbas Abbasov ATƏT-də Qərbin Kolonial Cinayətlərini gündəmə gətirib

    17 Oktyabr 2025 15:37

    Bakı Təşəbbüs Qrupu lideri Simon Bolivar İnstitutunun konfransında iştirak edib

    3 Oktyabr 2025 15:54

    Yeni Kaledoniya və Digər Ərazilərin Gələcəyi BMT-də Müzakirə Ediləcək

    24 Sentyabr 2025 11:49

    BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

    23 Sentyabr 2025 21:39

    Tarix boyu Fransa Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımları həyata keçirib - BTQ

    31 Avqust 2025 12:01

    Bakıda “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransı keçirilib

    25 İyun 2025 16:40

    Qvadelup adasına həsr olunan konfransın yekun bəyanatı qəbul edilib

    25 İyun 2025 16:36

    BTQ və MIR arasında əməkdaşlığa dair Memerandum imzalanıb

    25 İyun 2025 12:10
    Demo
    XƏBƏR LENTİ

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

    Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır - Anar Quliyev

    “Kimdir günahkarlar?”: Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi

    Kristiano Ronaldo narazıdır - Əl-Nəsrdə transfer böhranı böyüyür

    Cəlilabadda əmisi tərəfindən ağır xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb

    Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

    Tokayev Pakistana rəsmi səfər edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.