Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    25 Yanvar 2026 18:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    İslam dinində xəstələr üçün müstəsna hökmlər nəzərdə tutulmuşdur. Bəqərə surəsində orucun fərz edildiyi ayədə Allah Təala belə buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracak qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”

    Üzrü olan şəxsin dəstəmaz alması (üzrlünün dəstəmazı),
    Sarğı üzərinə məsh çəkmək,
    Təyəmmüm.

    Üzrlü Şəxsin Dəstəmazı

    Nəcis və sidik ifraz edən orqanlardan çıxan hər bir şey əgər bir xəstəlik səbəbiylə çıxırsa, bu üzrdür. Davamlı ishal olan, idrarını və ya qazını saxlaya bilməyən şəxs üzrlü sayılır. Üzrlünün bu şəkildə tərif edilməsində fiqh alimləri arasında bir ixtilaf yoxdur. Hənəfi məzhəbinə görə burnu fasiləsiz qanayan, yarasından davamlı qan, irin və ya su gələn insan da üzrlü hesab olunur. Bir insanın üzrlü hesab edilməsi üçün üzrün ən azı bir namaz vaxtı qədər davam etməsi şərtdir. Məsələn, günorta namazının vaxtı girdikdən sonra vaxt çıxana qədər üzrün davam etməsi tələb olunur.

    Hənəfi və Hənbəli məzhəblərinə görə üzrlü şəxs hər bir fərz namaz vaxtı üçün ayrıca dəstəmaz almalıdır. Məsələn, günorta namazı üçün dəstəmaz alan bir şəxs həmin vaxt daxilində istədiyi qədər fərz və nafilə namaz qıla bilər. Bu vaxt çıxdıqda üzrlünün dəstəmazı pozulmuş sayılır və növbəti fərz namazı üçün yenidən dəstəmaz alması vacib olur.

    Şafii məzhəbinə görə üzrlü şəxs hər namaz üçün ayrıca dəstəmaz almalıdır. Bu məzhəbə əsasən belə bir dəstəmazla yalnız bir fərz namaz qılmaq olar, lakin istədiyi qədər nafilə namaz qıla bilər. Şafii və Hənbəli məzhəblərinə görə üzrlü şəxs dəstəmazı namaz vaxtı daxil olduqdan sonra almalıdır.

    Maliki məzhəbinə görə üzrlü şəxsin hər namaz vaxtı üçün ayrıca dəstəmaz alması müstəhəbdir. Üzründən başqa səbəblərlə dəstəmazı pozan hər hansı bir hal baş verdikdə isə üzrlü şəxsin dəstəmazı pozulmuş sayılır.

    Həmçinin qeyd edilməlidir ki, Maliki və Şafii məzhəblərinə görə nəcis və sidik ifraz edən orqanların xaricində bədəndən çıxan qan, irin və su kimi axıntılar dəstəmazı pozmaz. Hənbəli məzhəbinə görə bunların axıntısı çox olarsa dəstəmaz pozular. Hənəfi məzhəbinə görə isə dəstəmazın pozulması üçün yaranın üstündə qalmayıb kənara axması şərtdir.

    Sarğı Üzərinə Məsh

    Məsh, dəstəmaz alarkən əlin azca isladılıb bir üzvə, məstə (dəri coraba) və ya sarğıya çəkilməsidir. Rəsulullah (s.a.s.) başında yarası olduğu halda qüsl alan bir şəxs haqqında belə buyurmuşdur: “Təyəmmüm etməsi və başını bir sarğı ilə bağladıqdan sonra sarğının üzərini məsh etməsi, sonra da bədəninin geri qalan qismini yuması onun üçün yetərlidir.”

    Sarğı üzərinə məsh və təyəmmüm ikisi bir yerdəmi edilməlidir? Hənəfilərlə Malikilərə görə sarğı üzərinə məsh etmək kifayətdir. Çünki sarğı üzərinə məsh etmək, sarğının altında olan yerin yuyulmasının yerinə keçir. Buna görə ayrıca təyəmmüm etməyə ehtiyac yoxdur.

    Şafii məzhəbinə görə isə həm məsh çəkilir, həm də təyəmmüm edilir. Bu halda əvvəlcə sağlam olan hissələr yuyulur, sonra sarğının üzərinə məsh çəkilir və ardınca təyəmmüm edilir. Yuxarıda qeyd etdiyimiz hədis bu məsələyə dəlil olaraq göstərilir.

    Hənbəli məzhəbində səhih olan görüşə görə sarğı üzərinə məsh etmək yetərlidir və təyəmmümə ehtiyac yoxdur.

    Təyəmmüm

    Təyəmmüm, suyu təmin etmə və ya işlətmə imkanı olmadığı zaman qüsl və dəstəmaz yerinə keçən, təmiz torpağa əl sürtməklə üzü və iki qolu məsh etməkdən ibarət simvolik təmizlikdir.

    Hənəfi məzhəbinə görə namaz vaxtı girmədən də təyəmmüm etmək olar. Üzr davam etdiyi müddətcə həmin namaz vaxtı ərzində bu təyəmmümlə istənilən qədər fərz və nafilə namaz qılmaq mümkündür. Digər üç məzhəbə görə isə təyəmmüm namaz vaxtı daxil olduqdan sonra edilməlidir və bir təyəmmümlə yalnız bir fərz namaz qılınır.

    Təyəmmüm bütün hallarda (təyəmmümün alınma səbəbindən asılı olmayaraq) namaz vaxtının çıxmasıyla pozulmuş sayılır. Növbəti fərz namaz üçün yenidən təyəmmüm alınmalıdır.

    #İslam irsi #İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri #Xəstəlik zamanı ibadət: 4 məzhəbə görə təyəmmüm və məsh qaydaları #Məzhəblərarası fərqlərlə xəstələrin fiqhi rəhbəri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51
    Demo
    XƏBƏR LENTİ

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb

    İranda rejim dəyişikliyi, yoxsa yeni saziş? Trampın masasındakı ssenarilər və dörd əsas şərt

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    Keçən il İraq vətəndaşlarının Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    “Liverpul” baş məşqçi postu üçün Xabi Alonso variantını nəzərdən keçirir

    Göylərə yazılan tarix - Türk aviasiyasının öncülü Vecihi Hürkuşun həyat hekayəsi

    Keçən il Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 56 milyon dolları keçib (ÖZƏL)

    Buddist türklər və Toba dövləti: Türklər niyə buddizmi qəbul etmədilər?

    Özbəkistanın Ən Qədim Universiteti: Mirzə Uluqbəy adına Milli Universitet haqqında hər şey

    Keçən il Türkiyədən Özbəkistana sement ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.