Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Ensiklopediya

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Məkkə -Ərəbistan yarımadasının şimalında, Batn-i Məkkə (Bəkkə) adlı vadidə salınmış qədim yaşayış məntəqəsidir. Şəhərin mərkəzində Kəbə yerləşir. Kəbənin əhatəsindəki çökəklik sahə “Bəthau Məkkə” adlanır və sel zamanı qumla dolduğu üçün tarixi mənbələrdə qeyd olunur.

    Məkkənin relyefi həm çətin, həm də strateji xüsusiyyətlərə malikdir. Şəhər şərqdən Səfa və Mərvə təpələri, eləcə də Ebukubeys dağı, qərbdən Kuaykıan, cənub-qərbdən Sevr, şimal-şərqdən Nur (Hira) və Sebir dağları ilə əhatələnir. Həcc ziyarəti üçün vacib olan Ərəfat, Müzdəlifə və Mina əraziləri də Məkkənin şərq hissəsində yerləşir. Tarixi dövrlərdə Məkkənin Qırmızı dənizlə əlaqəsi əvvəl Şuaybe limanı, İslamdan sonra isə Ciddə limanı ilə təmin edilib.

    Quranda Məkkə “əkin bitməyən vadi” kimi təsvir olunur (İbrahim 14/37). Şəhərin təbii bitki örtüyü seyrəkdir, əsasən tikanlı və bodur kol növlərindən ibarətdir. Quru və isti iqlimə malik olan şəhərdə yağışlar nizamsızdır, bu səbəbdən Məkkə tarix boyunca bir neçə dəfə daşqınlarla üzləşib.

    Kəbə – dünyanın mərkəzi anlayışı

    İslam coğrafiyaşünasları III (IX) əsrdən başlayaraq Kəbənin mərkəz olduğu dünya təsvirləri hazırlayıblar. Bu təsvirlərdə Yer kürəsi Kəbəni mərkəz götürən dairəvi sistem kimi təqdim olunur. Müsəlman alimlərinin şərhinə görə, təvaf zamanı Kəbə ətrafında dönmək – dünyanın öz oxu ətrafında fırlanmasının simvolik ifadəsidir.

    Coğrafiyaşünas Bəlxi “ümmi’l-qura” – yəni “şəhərlərin anası” ifadəsinin Quranda məhz Məkkəni ifadə etdiyini bildirir.

    Məkkə adının mənşəyi

    Məkkənin adı ilk dəfə qədim yunan coğrafiyaşünası II Ptolemeyin əsərində Makoraba kimi çəkilir. Digər mənbələrdə şəhərin qədim adlarından biri olan Bekke Əhdi-Ətiqdə də yer alır (Zəbur, 84/6). Tədqiqatçılar bu adın tərcümələr zamanı dəyişdirildiyini ehtimal edirlər.

    Səba və Həbəş dillərində “müqəddəs məbəd yeri” mənası verən makoraba sözünün Cənubi Ərəbistan qrafikasında “mkrb” formasında yazıldığı bildirilir. Ərəb dilində isə “makreb” – qurban yeri, müqəddəs məkan deməkdir. Buna görə də Məkkənin adı birbaşa Kəbənin mövcudluğu ilə bağlıdır.

    Quranda şəhərin “Məkkə”, “Bəkkə”, “ümmi’l-qura”, “əl-bələdül-əmin”, “karyə”, “məad” kimi adlarla çəkilməsi onun dini və tarixi funksiyasının genişliyini göstərir. Klassik mənbələrdə Məkkə onlarla başqa ləqəblə də xatırlanır.

    Məkkənin əsl dini əhəmiyyəti Kəbənin burada olmasından qaynaqlanır. Quranda Allahın evi olan Kəbənin məhz buraya yerləşdirildiyi bildirilir (Ali İmran 3/96).

    İslamın “atamız” sayılan Hz. İbrahimin həyatının təsvirləri Əhdi-Ətiqlə uyğunluq təşkil edir. Quranda qeyd edilir ki, o, İsmaili və anası Həcəri Allahın əmri ilə Məkkəyə gətirmiş, burada Zəmzəm suyu möcüzəsi baş vermiş, sonra isə İsmail ilə birlikdə Kəbəni bərpa etmişdir (Bəqərə 2/125,127).

    Zəmzəmin aşkarından sonra Yəmən mənşəli Curhum tayfası Məkkə ətrafında məskunlaşdı. İsmail ərəbcəni məhz bu tayfadan öyrəndi. Lakin zamanla Curhumlular bütpərəstliyə meyl etdi və şəhərə gələn zəvvarlara zülm göstərirdilər. Arim tufanından sonra Huzaa və Kinana tayfaları bölgəyə gələrək Curhum üzərində hakimiyyət qurdu.

    Qureyşin yüksəlişi

    V əsrdə Qusay ibn Kilab Məkkənin idarəsini öz əlinə keçirdi. Kəbənin qorunması və ziyarətçilərə xidmət sistemini yenidən təşkil etdi. Darün-Nədvə adlı ali qərar məclisini yaratdı. Qusaydan sonra idarəçilik Qureyş qəbiləsinin qolları arasında bölüşdürüldü. Onun oğlu Haşim beynəlxalq ticarət əlaqələri qurdu və Məkkəni Yaxın Şərqin əsas ticarət mərkəzlərindən birinə çevirdi.

    Bizans, Roma, İran və Həbəşistan hökmdarları Məkkəni ələ keçirmək istəsə də uğur qazana bilmədilər. Ən məşhur hadisə Yəmən hakimi Ebrehənin Kəbəni dağıtmaq üçün göndərdiyi fil ordusunun uğursuz yürüşüdür. Bu hadisə Məkkənin nüfuzunu daha da artırdı.

    Peyğəmbər Məhəmməd və İslam dövrü

    Məhəmməd peyğəmbər İslamı Məkkədə yaymağa başladıqda Qureyş aristokratiyası ona qarşı çıxdı. Müsəlmanlar ağır təzyiq, işgəncə və sosial blokadaya məruz qaldı. Bir hissəsi Həbəşistana hicrət etdi. Daha sonra Mədinəyə köç baş verdi və iki şəhər arasındakı siyasi qarşıdurma Bədr, Uhud və Xəndək döyüşləri ilə davam etdi.

    Hüdeybiyyə sülhü pozulduqdan sonra Peyğəmbər 630-cu ildə Məkkəyə hərəkət etdi. Şəhər döyüşsüz təslim oldu. Peyğəmbər ümumi amnistiya elan etdi, Kəbə bütlərdən təmizləndi, Bilal Həbəşi Kəbənin damında azan oxudu. Məkkəlilər qurban verilmədən azad edildi və “tüləqa” — azad edilənlər adlandırıldı.

    Məkkə – sadəcə bir şəhər deyil, İbrahimi ənənənin mərkəzi, Kəbənin yerləşdiyi müqəddəs ərazi, İslam dünyasının qiblə mərkəzi, Ərəbistan tarixinin siyasi və ticarət mərkəzi olmuş şəhərdir. Onun tarixi həm din, həm coğrafiya, həm də sivilizasiyanın formalaşması baxımından bənzərsizdir.

    #İslam irsi #Məkkə #Quranda İblis #Quranda Məkkənin adı #Quranda heyvanlar haqqında ayələrin mənası #Bəkkə #Batniməkkə #Bəthau Məkkə #Ebukubeys #Quranda Məkkə #Məkkə adının mənşəyi #Ərəblərin Məkkədə yerləşməsi #Məkkəyə edilən hücumlar #Məkkənin fəthi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    1 Fevral 2026 20:00

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    1 Fevral 2026 19:16

    Səlib Yürüşlərində Tibb Möcüzəsi: Müsəlman Həkimlər Xristian Kralları Necə Müalicə Edirdi?

    31 Yanvar 2026 18:56

    İslamda xəstələr üçün asanlıq: Üzrlü şəxslərin dəstəmaz və oruc hökmləri

    25 Yanvar 2026 18:30

    İslam sivilizasiyasında yoluxucu xəstəliklərə yanaşma: elm, inanc və sosial məsuliyyət

    4 Yanvar 2026 18:00

    Bir salam, bir dua, bir vida: İslamda müsəlman qardaşlığının dərin mənası

    4 Yanvar 2026 12:00

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    31 Dekabr 2025 14:06

    Müsəlman İspaniyasında tibb elminin inkişafı və şərq–qərb elmi Əlaqələri

    31 Dekabr 2025 09:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02
    Demo
    XƏBƏR LENTİ

    Bu gün I Pyotr vəfat etdi

    Məhəmməd Heydər Zammarın ölümü ilə "Əl-Qaidə" və "İŞİD"in qanlı tarixinə şahidlik etmiş ən önəmli fiqurlardan birinin dosyesi bağlandı

    Epşteyn cinayətləri və kapitalizmin maskasız siması: Kasıblardan qurtulmaq planı

    Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə hava nəqliyyatı sazişini ləğv etməyə hazırlaşır

    8 Fevral: Rusiyanın Elm Günü, İraqda Qanlı Çevriliş və Qaziantepin hadisəsi - Tam Xronika

    Netanyahu Vaşinqton səfərində Trampla İranla danışıqları müzakirə edəcək

    İranda PKK-nın İran qolu ilə əlaqəli 11 nəfər saxlanılıb

    Səudiyyə Ərəbistanı ilə Suriya arasında 2 milyard dollarlıq saziş imzalanıb

    Təhsil və fürsətlər düzgün dəyərləndirilməlidir - “Invest Time” podkastının növbəti qonağı deputat Ceyhun Məmmədov oldu

    Türkiyə-İordaniya münasibətlərini gücləndirəcək mühüm qərarlar qəbul etdik - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.