Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Təhlükəsizlik üzrə koordinasiya Bağdadı Vaşinqtonla qarşı-qarşıya qoyur

    3 Oktyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraji İsrail tərəfindən İraq hava məkanının yenidən pozulmasının qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə dair öhdəlik götürdüyünü açıqlayıb. Xatırladaq ki, İsrail əvvəllər 12 günlük müharibə zamanı İraq ərazilərindən İrana hücumlar üçün platforma kimi istifadə etmişdi. Bu addım Bağdadı bir daha Tehranın tərəfində, dolayısı ilə ABŞ və onun müttəfiqləri ilə qarşıdurma vəziyyətinə gətirir.

    Müşahidəçilər bildirirlər ki, bu açıqlama regional və beynəlxalq balansların mürəkkəb kontekstində verilib. Belə ki, Bağdad strateji münasibətlərini Vaşinqtonla qorumağa çalışsa da, eyni zamanda getdikcə daha çox Tehrana yaxınlaşır. İraqın inkişaf etmiş hava hücumundan müdafiə imkanları olmadığından İsrailin hava hücumlarını faktiki olaraq dayandırmaq gücündə deyil. Buna görə də bu bəyanat daha çox siyasi simvolik xarakter daşıyır və Bağdadın ərazilərinin Tehran əleyhinə istifadəsinə qarşı mesaj kimi qiymətləndirilir.

    Bağdadın İran blokuna yaxınlığı da sirr deyil. Xüsusilə İranda dəstəklənən silahlı qrupların ölkə daxilində təsir gücünün artması həm daxili, həm də xarici siyasətin istiqamətini müəyyənləşdirir. Bu səbəbdən İraqın öhdəliyi yalnız milli suverenliyin qorunması çərçivəsində deyil, həm də “müqavimət oxu” adlanan regional ittifaqa bağlarını gücləndirən siyasi addım kimi dəyərləndirilir.

    2003-cü ildən bəri İraqla ABŞ arasında davam edən təhlükəsizlik və hərbi əməkdaşlığa baxmayaraq, son hadisələr göstərir ki, Vaşinqtonun təsiri zəifləyir. Buna səbəb İranda dəstəklənən fraksiyaların təzyiqlərinin artması və İranın dəstəyinin güclənməsidir. Bu da Bağdad üçün Vaşinqtonla Tehran arasında tarazlıq siyasətini qorumağı çətinləşdirir.

    Əl-Əraji tərəfindən verilən öhdəlik Bağdad və Tehran arasında artan təhlükəsizlik əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilir. Xüsusilə ötən avqust ayında imzalanmış təhlükəsizlik memorandumu fonunda bu daha aydın görünür. Memorandum sərhədlərin qorunması və qarşılıqlı təhlükəsizlik təhdidlərinin qarşısının alınmasına yönəlmişdi. Əl-Əraji bəyanatının həmin sənədin müddəalarının praktik icrası çərçivəsində başa düşülməsi mümkündür.

    Bu anlaşma Vaşinqtonda ciddi narahatlıq doğurub. ABŞ bu cür razılaşmaları İranın İraqın təhlükəsizlik institutları üzərindəki nüfuzunun daha da dərinləşməsi və Bağdad-Vaşinqton münasibətlərində balansın pozulması kimi dəyərləndirir.

    İraqın öhdəliyi İsrailə dolayı xəbərdarlıq kimi də qəbul olunur. Mesaj ondan ibarətdir ki, Bağdad hava məkanından İrana qarşı hücumlar üçün istifadə olunmasına imkan verməyəcək. Lakin İraqın mövcud hava hücumundan müdafiə imkanları İsrailin qabaqcıl texnologiyalarına qarşı təsirli deyil, bu səbəbdən verilən öhdəliyin praktik icrası olduqca çətin görünür.

    Hadisələr regionda İsrail və İran arasında gərginliyin artdığı bir dövrdə baş verir. Tərəflər tez-tez bir-birinə zərbələr endirir və bu hücumlar çox vaxt qonşu ölkələrin hava məkanları üzərindən həyata keçirilir. Belə vəziyyət İraqı istəməsə də, bu qarşıdurmaların mərkəzinə çəkir.

    Əl-Əraji bu açıqlamanı Bağdadda İran Silahlı Qüvvələrinin kəşfiyyat rəhbəri Məcid Mir Əhmədi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşü zamanı verib. İraqın Milli Təhlükəsizlik Müşavirliyinin yaydığı məlumata görə, görüşdə regional təhlükəsizlik çağırışları, ortaq maraq kəsb edən məsələlər, eləcə də iki ölkə arasında imzalanmış təhlükəsizlik anlaşması çərçivəsində atılacaq addımlar müzakirə olunub.

    Əl-Əraji bildirib ki, İraqın mövqeyi aydındır və sabitdir: ölkə əraziləri qonşu dövlətlərə, o cümlədən İran İslam Respublikasına qarşı hücum platforması kimi istifadə olunmayacaq. O, həmçinin İraqın İsrailin İrana hücum üçün İraq hava məkanından istifadə etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət təqdim etdiyini xatırladıb və Baş nazir Məhəmməd Şia əs-Sudani başda olmaqla hökumətin bu cür hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

    #Bağdad #Tehran #Məhəmməd Şia Əl-Sudani #müqavimət oxu #İsrail və İran gərginliyi #Tehran əhalisinin sıxlığı və problemləri #Tehrandan Kermana köçürülmə mübahisələri #Tehran Universitetinin Seysmologiya Mərkəzi #Vaşinqton və Tehran müzakirələri #Müqavimət Oxu nədir və İraqda necə fəaliyyət göstərir? #Müqavimət oxunun süqutu #İran rejiminin müqavimət oxu siyasətinin sonu #İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi #Müqavimət oxunun zəifləməsi #12 günlük müharibə #Qasim əl-Əraji
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Biz həm müharibəyə, həm də danışıqlara hazırıq - İran XİN

    12 Yanvar 2026 13:22

    AZAL Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib

    9 Yanvar 2026 15:58

    Tramp öz ölkəsinin problemlərinə baxsın - Xamenei

    9 Yanvar 2026 13:55

    Türk Hava Yolları Tehrana uçuşları dayandırdı

    9 Yanvar 2026 12:33

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    Pakistan İranın daxili işlərinə xarici müdaxiləyə qarşı olduğunu bəyan etdi

    8 Yanvar 2026 15:39

    İran İsrailin xeyrinə casusluqda ittiham olunan şəxsi edam edib

    7 Yanvar 2026 12:38

    Venesuela XİN rəhbəri ABŞ-ın hərbi təcavüzünü qınadığına görə İrana təşəkkür edib

    6 Yanvar 2026 12:02

    Tehranda MOSSAD agenti saxlanıldı

    5 Yanvar 2026 15:45

    İran Maduronun azadlığa buraxılmasını tələb edir

    5 Yanvar 2026 12:53

    Tehranın mərkəzində etirazlar yenidən alovlanıb

    5 Yanvar 2026 10:36
    Demo
    XƏBƏR LENTİ

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    Azərbaycanla Ermənistan arasındakı bu razılaşma əməkdaşlığın yeni mərhələsinə xidmət edir - Baş prokuror

    Bakıda Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyanın VI iclası keçirilir

    Azərbaycanda zəlzələ oldu

    Keçən il Türkiyədən İrana avtomobil ixracı 113 milyon dolları keçib (ÖZƏL)

    İstanbulda İŞİD terror qruplaşmasının maliyyə şəbəkəsinə qarşı əməliyyatda 8 nəfər saxlanılıb

    Tramp İranla ticarət edən ölkələrə qarşı 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini bəyan edib

    Vaşinqton İrandakı etirazlar fonunda hərbi güc tətbiqini gündəmdə saxlayır

    Keçən il Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 146 milyon dolları keçib (ÖZƏL)

    İranda davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 646 nəfərə çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.