BAKI,AzerVoice, Fərid Mikayılov
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ və İsraillə müharibə istəmir, lakin yenidən hücuma məruz qalacağı təqdirdə cavab verməyə tam hazırdır.
AzerVoice xəbər verir ki, nazir bu fikirləri Livana səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələrinə açıqlamasında səsləndirib.
O, səfər zamanı Livanın prezidenti, parlament sədri və digər yüksək səviyyəli rəsmilərlə regional proseslər ətrafında müzakirələr apardığını qeyd edib.
Əraqçinin sözlərinə görə, Yaxın Şərq hazırda ciddi təhlükə və çağırışlarla üz-üzədir.
“İsrailin regiona yönələn təhdidi heç vaxt bu qədər böyük olmayıb. İran və Livan da daxil olmaqla yeddi ölkə İsrail hücumlarının hədəfinə çevrilib. Hazırda Livan ərazisinin bir hissəsi işğal altındadır və ötən il imzalanmış atəşkəs razılaşması kobud şəkildə pozulub”- deyə o bildirib.
