BAKI,AzerVoice, Nailə Babazadə
İranın paytaxtı Tehranda İsrail xeyrinə casusluqda ittiham olunan Əli Ərdəstani edam edilib.
AzerVoice xəbər verir ki, Ali Məhkəmənin təsdiqi və bütün hüquqi prosedurların icrasından sonra Ərdəstaninin MOSSAD-ın xeyrinə casusluq etməsi və ölkə ilə bağlı həssas məlumatları xaricə ötürməsi ittihamı üzrə çıxarılan edam hökmü icra olunub.
Onilliklərdir İran ilə İsrail arasında davam edən gizli qarşıdurma fonunda Tehran indiyədək MOSSAD ilə əlaqədə ittiham olunan bir sıra şəxsləri edam edib.
Son dövrlərdə İsrail xeyrinə casusluqda təqsirli bilinən iranlıların edam olunması halları nəzərəçarpacaq dərəcədə artıb. Bu artım iyun ayında baş verən birbaşa qarşıdurmadan sonra müşahidə olunub. Həmin vaxt İsrail və ABŞ qüvvələri İranın nüvə obyektlərinə hava zərbələri endirmişdi.
