Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    HƏMAS-ın Regional Münasibətləri və Geosiyasi Gələcəyi: Yeni İdarəetmə Axtarışında Qəzza

    14 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    HƏMAS, 1987-ci ildə Fələstin İslam müqavimət hərəkatı olaraq ortaya çıxandan bu günə qədər Fələstin siyasi və hərbi həyatının əsas aktorlarından biri olaraq qalmağa davam edib. Təşkilat həm daxili xalq dəstəyi, həm də xarici tərəfdaşlarla qurduğu münasibətlər sayəsində uzun müddət Qəzza zolağında hakimiyyətini qoruyub. Lakin son illərdə, xüsusilə 7 oktyabr 2023 hadisələrindən sonra regionda yaranan yeni geosiyasi vəziyyət, HƏMAS-ın mövqeyini ciddi şəkildə dəyişməyə başlayıb.

    Əvvəllər İran HƏMAS-ın əsas hərbi dayağı kimi çıxış edirdi. İranın hərbi dəstəyi, Qəzzadakı silahlı qanadın möhkəmlənməsinə və müqavimət xəttinin formalaşmasına böyük təsir göstərmişdi. Digər tərəfdən, Türkiyə isə daha çox HƏMAS-ın siyasi qanadı ilə əlaqə qurmuş, təşkilatın beynəlxalq siyasi səhnədə təmsil olunmasına imkan yaratmağa çalışmışdı. HƏMAS bu iki fərqli münasibət sayəsində həm hərbi, həm də siyasi cəhətdən mövcudluğunu tarazlı şəkildə davam etdirə bilmişdi.

    Lakin bu gün yaranan yeni reallıq artıq fərqli bir mənzərəni ortaya qoyur. Böyük güclər, o cümlədən ABŞ və Avropa dövlətləri, həmçinin regionun əsas oyunçuları olan Misir, Səudiyyə Ərəbistanı və Türkiyə Qəzzada HƏMAS-ın tam dominant olduğu bir idarəetmənin davam etməsinin mümkün olmadığını düşünürlər. İndi əsas prioritet Qəzzada daha inklüziv və fərqli qrupların maraqlarına uyğun bir idarəçilik forması yaratmaqdır. Bu, ya birbaşa Fəth təşkilatına idarənin verilməsi, ya da Türkiyə, Misir və bəzi ərəb ölkələrinin razılaşacağı daha geniş əsaslı bir idarəetmə modeli vasitəsilə mümkün ola bilər.

    Burada diqqət çəkən başqa bir məsələ də İranın mövqeyidir. İran uzun illər ərzində HƏMAS-ı öz “müqavimət oxu”nun bir hissəsi kimi görsə də, bu gün vəziyyət dəyişməkdədir. Əgər regionda gərginlik daha da artar, xüsusilə ABŞ-İran qarşıdurması daha açıq fazaya keçərsə, İranın prioriteti artıq öz ərazi bütövlüyünü qorumaq və daxili sabitliyini saxlamaq olacaq. Bu da HƏMAS-a əvvəlki səviyyədə dəstəyin davam etməsini sual altına ala bilər.

    Mövcud mənzərə onu göstərir ki, HƏMAS-ın gələcəyi təkcə təşkilatın öz gücünə və daxili legitimliyinə deyil, həm də regional və qlobal güclərin maraqlar balansına bağlıdır. Qəzzada davamlı idarəçiliyin formalaşması üçün tək bir aktorun deyil, müxtəlif tərəflərin razılığı və maraqları nəzərə alınacaqdır. Bu mənada, HƏMAS-ın gələcəkdə hansı formada sistem daxilində iştirak edəcəyi – tam hakim güc kimi, yoxsa geniş koalisiyanın bir hissəsi olaraq – yaxın zamanların əsas siyasi suallarından biri olaraq qalır. Çox böyük ehtimal ABŞ, Türkiyə, Ərəb dünyası, qismən də hətta İran HƏMAS-dan yorula bilər. Və bəlkə də yorulub.

    Bir də Suriyada təsir dairələrinin bölünməsi məsələsində razılıq əldə edilsə HƏMAS-ın ya tam, ya qismən ortadan qaldırılması ssenarisi işə düşəcəkdir.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ağlın Yolu

    5 Noyabr 2025 09:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41

    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu

    31 Avqust 2025 09:00

    AKP hökumətinin ideoloji dəyişiklik yolu

    30 Avqust 2025 15:23

    Azərbaycan Yaxın Şərqdə diplomatik fəallığını artırır - Azər Hüseynov

    31 İyul 2025 20:00

    İran 1979-2023-cü illərdə (ziddiyyətlər fonunda)

    23 İyul 2025 14:43

    Modern “İslamçılar” AKP və Türkiyə haqqında

    22 İyul 2025 16:03

    Azərbaycan xarici siyasətinin mərkəzi damarı təhlükəsizlikdir

    17 İyul 2025 10:50

    Azərbaycan, Suriya və İsrail: Yeni Geosiyasi Üfüqlər və Bakı Platforması

    13 İyul 2025 14:27

    Azərbaycan Kimliyinin Zəif Halqası: Din və Diasporada Milli İtki Təhlükəsi

    9 İyul 2025 15:10
    Demo
    XƏBƏR LENTİ

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    "Qəbələ" və "Kəpəz" Rusiya klubunun futbolçusu ilə maraqlanır

    Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.