Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan Yaxın Şərqdə diplomatik fəallığını artırır - Azər Hüseynov

    31 İyul 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi və diplomatik aktivliyi ilə bağlı AzerVoice üçün danışan siyasi şərhçi Azər Hüseynov bildirib ki, ölkənin xarici siyasəti tamamilə pragmatizm prinsiplərinə əsaslanır.

    “Azərbaycan xarici siyasətində ideoloji birtərəflilik nümayiş etdirir və fərqli mövqelərdə olan ölkələrlə paralel münasibətlər qurmağı bacarır. Məhz bu yanaşma sayəsində Suriyanın və İsrailin eyni vaxtda Bakıda bir araya gəlməsi mümkün olub,” – deyə ekspert qeyd edib.

    Onun sözlərinə görə, Azərbaycanın həm İsraillə, həm də Türkiyə ilə strateji tərəfdaşlığı var. Türkiyənin isə Suriyanın yeni hakimiyyətinə təsir imkanları mövcuddur. Bu amillər Bakı üçün vasitəçilik imkanları yaradır.

    “Azərbaycan bu diplomatik fəallıqla təkcə vasitəçilik etmir, həm də Yaxın Şərqdə yumşaq güc təsirini artırmağa çalışır. Bu regionda baş verən proseslərin içində yer almaq Azərbaycanın marağındadır,” – deyə o vurğulayıb.

    Ekspert hesab edir ki, bu fəallığın arxasında iqtisadi və strateji maraqlar dayanır: “Əgər bölgədə sabitlik və sakitlik təmin olunarsa, Azərbaycan öz enerji resurslarını daha geniş bazarlara çıxara bilər. Bundan əlavə, ölkə Suriyanın yenidən qurulmasında da iştirak edə bilər – xüsusilə Qarabağda əldə etdiyi bərpa təcrübəsinə əsaslanaraq.”

    Ekspert həmçinin qeyd edib ki, bu diplomatik fəallıq yaxın gələcəkdə daha da artacaq: “Bu məsələnin bir ucu Fələstinə də gedib çıxır. Fələstinlə bağlı problem hansısa şəkildə həllini tapsa, Azərbaycanın Yaxın Şərqdə təsir imkanları daha da genişlənəcək.”

    Sonda o əlavə edib ki, Suriya Azərbaycanın tarixi təsir dairəsinə daxil olan bölgələrdəndir: “Suriyada türkmənlər yaşayır və bu ölkə ilə Azərbaycanın tarixi bağları var. Bu da Bakının Suriyada daha fəal rol oynamaq istəyi ilə izah olunur.”

    #Azər Hüseynov #Suriya-Azərbaycan münasibətləri #Azərbaycan diplomatiyası #Azərbaycan xarici siyasəti #İsrail Azərbaycan əlaqələri #Türkiyə Azərbaycan əməkdaşlığı #Azərbaycan vasitəçilik #Azərbaycan yumşaq güc #Suriyada türkmənlər #Suriya ilə tarixi bağlar #Azərbaycan enerji siyasəti #Qarabağ təcrübəsi #Suriyanın bərpası #Yaxın Şərqdə sabitlik #Bakı diplomatik fəallıq #Azərbaycan strateji maraqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin yerli tankı “Altay” Bakı üçün də gərəkli ola bilər

    31 Oktyabr 2025 11:32

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı

    29 Oktyabr 2025 21:38

    6 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    23 Oktyabr 2025 13:14

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Ankarada Azərbaycan-Türkiyə müdafiə nazirləri dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yollarını müzakirə ediblər

    9 Oktyabr 2025 14:22

    Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlıq əbədidir - Mehmet Yüce

    1 Oktyabr 2025 13:01

    Türkiyədə Zəngəzur Dəhlizinin dəmir yolu hissəsinin təməli qoyulub - Uraloğlu

    30 Sentyabr 2025 16:41

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41

    Türkiyə təbii qazda mühüm razılaşmalar əldə edib – Azərbaycan qazı üçün yeni fürsətlər açılır - Bayraktar

    11 Sentyabr 2025 12:20

    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu

    31 Avqust 2025 09:00

    AKP hökumətinin ideoloji dəyişiklik yolu

    30 Avqust 2025 15:23
    Demo
    XƏBƏR LENTİ

    Faşist nazir Ben Qvir Fələstinli məhbusların edamı tələb edir

    Tarixdə bu gün 1 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 1 noyabr

    Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    İstanbul Sənaye Palatasında təmsil olunan iş adamları Azərbaycanın biznes imkanları ilə tanış olublar

    Ermənilərin Gəncəyə hücumu nəticəsində dağıdılmış evlərin bərpası üzrə növbəti işlərə başlanılır

    MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib

    Türkiyədən Çinə xalça ixracı 10 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Qəzzanın yenidən qurulmasında tam dəstəyə hazırdır - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.