Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    10 Noyabr 2025 19:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə bölgədə baş verən prosesləri diqqətlə izləyir, mümkün dəstək variantları dəyərləndirilir.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudandakı hazırkı vəziyyəti şərh edərkən deyib.

    Ekspertlərə görə, Türkiyə ilkin mərhələdə neytral diplomatiya yürüdüb, humanitar kanalları açıq saxlayıb və səfirliyin fəaliyyətini Port Sudanda davam etdirib. Həmçinin son dövrdə Ankaranın siyasi mövqeyinin Sudan ordusuna daha yaxın olduğu qeyd olunur.

    Ekspertlərin fikrincə, Sudan ordusu ölkənin legitim dövlət strukturu kimi qəbul olunur, “Sürətli Dəstək Qüvvələri”nin (RSF) isə həm daxildə, həm də beynəlxalq aləmdə legitimlik problemi mövcuddur.

    Beynəlxalq mətbuatda Türkiyənin Sudan ordusuna insansız hava vasitələri və silah dəstəyi göstərdiyi barədə məlumatlar yayılsa da, bu iddialar rəsmi olaraq təsdiqlənməyib. Bununla belə, ekspertlər Ankara ilə ordunun əməkdaşlığının son zamanlar daha aydın müşahidə edildiyini bildirirlər.

    Məlumatlara görə, Misir də tarixi əlaqələr və təhlükəsizlik səbəblərinə görə Sudan ordusunun tərəfini tutur. Ekspertlər hesab edirlər ki, Sudandakı qeyri-sabitlik region ölkələri üçün, xüsusilə Qahirə üçün birbaşa təhlükə yarada bilər.

    Ekspertlərin fikrincə münaqişənin əsas səbəblərindən biri yeraltı təbii sərvətlər və regional geosiyasi rəqabətdir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin münaqişəyə maliyyə, logistika və silah dəstəyi ilə müdaxilə etdiyi bildirilir. Sudan qızılının böyük hissəsinin BƏƏ-yə daşındığı və silah–qızıl xəttində Əmirliklərin mühüm rol oynadığı vurğulanır.

    #Rəcəb Tayyib Ərdoğan #Misir #Sudan #Sudan ordusu və RSF münaqişəsi #Sudanda humanitar böhran #Sürətli Dəstək Qüvvələri (RSF) #Türkiyə Sudan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Misirə sement ixracı azalıb (ÖZƏL)

    12 Dekabr 2025 16:09

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49

    Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

    12 Dekabr 2025 10:28

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    Türkiyədən Misirə dəri ixracı 12 milyon dolları keçib (ÖZƏL)

    11 Dekabr 2025 09:13

    Ərdoğan Türkmənistana səfər edəcək

    10 Dekabr 2025 15:16

    ABŞ Sudanda müharibəni dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq edib

    10 Dekabr 2025 11:56

    ABŞ Türkiyənin S-400 sistemi saxlamasına icazə vermədən F-35 proqramına qoşulmasını müzakirə edir

    10 Dekabr 2025 11:20

    Türkiyə Suriyanın yenidən qurulmasında fəal rol oynayacaq - Ərdoğan

    9 Dekabr 2025 16:09

    Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub

    9 Dekabr 2025 11:57

    Türkiyə Suriya ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir - Ərdoğan

    8 Dekabr 2025 16:46

    Sudanda ən böyük neft sahəsi RSF-in nəzarətinə keçib

    8 Dekabr 2025 13:05
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.