Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Türkiyə və İsrail arasındakı münasibətlər tarix boyu əməkdaşlıq və gərginlik mərhələləri ilə formalaşıb. Lakin ehtimal edilən bir hərbi qarşıdurma ssenarisini təhlil edərkən təkcə siyasi gərginlik deyil, hər iki dövlətin mövcud hərbi potensialı, beynəlxalq hüquqi öhdəlikləri və regiondakı geosiyasi reallıqlar da nəzərə alınmalıdır.

    Ballistik Raket Potensialı

    Türkiyə ballistik raket sahəsində müəyyən irəliləyişlər əldə etmişdir. Qısa mənzilli “Bora” və “Yıldırım” raketləri, eləcə də hazırda inkişaf mərhələsində olan daha uzun mənzilli layihələr Türkiyənin arsenalındadır. Lakin bu silah sistemləri hələ İsraili etibarlı şəkildə hədəfə ala biləcək tam strateji gücə malik deyil. Türkiyə daha çox müdafiə yönümlü hava və raket sistemlərinə üstünlük verir və NATO üzvü olması səbəbilə öz strateji balansını Qərb hərbi blokunun təminatına bağlamışdır.

    İsrail isə ballistik raket sahəsində bölgədəki ən inkişaf etmiş güclərdən biridir. “Jericho” seriyalı raketləri minlərlə kilometr məsafəni vura biləcək potensiala malikdir. Bu, İsrailə regiondakı istənilən hədəfi, o cümlədən Türkiyəni belə vurmaq imkanı verir. Bundan əlavə, “Arrow” və “David’s Sling” kimi müdafiə sistemləri İsrailin ballistik müharibə sahəsində həm hücum, həm də müdafiə baxımından üstünlüyünü daha da möhkəmləndirir.

    Yerüstü Qüvvələr

    Türkiyənin yerüstü qüvvələri say baxımından İsraildən qat-qat böyükdür. Tank, zirehli texnika və personal sayına görə Türkiyə bölgənin ən iri ordularından birinə sahibdir. NATO standartlarına uyğun təlim-tədris sistemi də bu ordunun struktur üstünlüklərindən biridir. Lakin böyük saylı ordu müasir dövrdə təkbaşına həlledici amil deyil.

    İsrail ordusu isə sayca daha kiçik olsa da, yüksək texnologiya, döyüş təcrübəsi və sürətli hərəkət qabiliyyəti ilə seçilir. İsrail Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün rəsmi dövlət ordularından güclü hesab olunur. Bu ordunun əsas fərqi yalnız klassik silahlara deyil, həm də yüksək dəqiqlikli zərbə sistemlərinə, kibermüharibə imkanlarına və çevik əməliyyat taktikasına sahib olmasıdır.

    İsrailin Asimmetrik Təhlükələrə Baxışı

    İsrail üçün ən ciddi problem region ölkələrinin rəsmi orduları deyil, ideoloji motivasiyaya əsaslanan assimetrik qüvvələrdir. Çünki dövlət orduları məhdud və nəzarət edilə bilən sistemlərdir. Halbuki Fələstin müqavimət hərəkatları, Hizbullah kimi güclər davamlı və dayanıqlı mübarizə aparmaq gücünə sahibdirlər. Onların ideoloji motivasiyası və yerli dəstək bazası İsrailin texnoloji üstünlüyünü bəzən kölgəyə sala bilir.

    Türkiyənin NATO və ABŞ-dan Asılılığı

    Türkiyə NATO üzvü olaraq beynəlxalq təhlükəsizlik sisteminə hüquqi baxımdan inteqrasiya olunub. NATO-nun 5-ci maddəsi Türkiyəyə qarşı edilən hücumu bütün üzvlərə qarşı hücum kimi qəbul edir. Bu, hüquqi olaraq Ankaranın əlində ciddi bir təminatdır. Lakin praktik reallıq fərqlidir. İsrail ABŞ-ın strateji müttəfiqi olduğundan, Türkiyə ilə açıq müharibə vəziyyətində NATO-nun və xüsusən də ABŞ-ın mövqeyi ziddiyyətli olacaq. ABŞ-ın İsraili dəstəkləməsi Türkiyənin NATO mexanizmlərindən tam faydalanmasına mane ola bilər. Bu, Türkiyənin faktiki olaraq Qərb blokundan asılılığını ortaya qoyur.

    Ehtimal Edilən Münaqişə Mənzərəsi

    Əgər Türkiyə ilə İsrail arasında hərbi toqquşma baş versəydi, ilkin mərhələdə İsrailin ballistik raket üstünlüyü və hava qüvvələri həlledici rol oynayardı. Türkiyə isə geniş yerüstü qüvvələri və strateji mövqeyi ilə uzunmüddətli müharibəyə adaptasiya olunmağa çalışardı. Lakin beynəlxalq hüquqi və siyasi faktorlar – xüsusən də Türkiyənin NATO-dakı mövqeyi və ABŞ-ın İsrailə dəstəyi – bu balansı İsrailin xeyrinə dəyişdirərdi.

    Bununla belə, İsrail üçün ən real təhlükə Türkiyənin dövlət ordusu deyil, regionda yüksələn ideoloji və assimetrik güclərdir. Çünki bu qüvvələr davamlı müharibə aparmaq qabiliyyəti ilə İsrailin texnoloji üstünlüyünü uzun müddət ərzində zəiflədə bilər.
    Beləliklə, Türkiyə–İsrail qarşıdurma ssenarisi yalnız hərbi potensial deyil, həm də beynəlxalq hüquq, siyasi müttəfiqliklər və ideoloji güclərin təsiri ilə formalaşır. Kağız üzərində İsrailin üstünlüyü aydın görünür, lakin reallıqda davamlı və dayanıqlı təhlükə məhz bölgədəki ideoloji motivasiyalı müqavimət hərəkatlarından qaynaqlanır.

    #Türkiyə #İsrail #Fələstin #ABŞ #NATO #Hizbullah #İsrail ordusu #ballistik raket #Azər Hüseynov #ABŞ-ın yardım siyasəti #ABŞ-İsrail ortaq strategiyası #Fələstin məsələsi #Raket hücumu #ABŞ-İsrail-Fələstin siyasəti #AzerVoice Analitik Təhlil Mərkəzi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin QHT-lərə tətbiq etdiyi qadağalar beynəlxalq səviyyədə kəskin qınağa səbəb olur

    1 Yanvar 2026 22:14

    Haredi əsgərlərdən ibarət briqada Suriyanın cənubunda yerləşdirilib - İsrail ordusu

    1 Yanvar 2026 19:34

    Əş-Şaraa suriyalıları Yeni il münasibətilə təbrik etdi: “Suriya vahid, güclü və sabit olacaq”

    1 Yanvar 2026 19:22

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    Türkiyə bələdiyyəsi yanğınsöndürmə maşını alacaq

    1 Yanvar 2026 16:50

    İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

    1 Yanvar 2026 16:44

    İstanbul Havalimanı 2025-ci ildə 84,4 milyon sərnişin qəbul edib

    1 Yanvar 2026 16:44

    Türkiyənin bəzi vilayətlərində məktəblərdə dəsrslərəf fasilə verilib

    1 Yanvar 2026 16:38

    Suriya Hələb şəhərində İŞİD-in Yeni il bayramı ilə bağlı terror planının qarşısının alındığını açıqlayıb

    1 Yanvar 2026 16:31

    2026 nüvə ili olacaq - Alparslan Bayraktar

    1 Yanvar 2026 16:28

    Türkiyə bələdiyyəsi üç ədəd elektrikli avtobus alacaq

    1 Yanvar 2026 15:47

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    1 Yanvar 2026 13:34
    Demo
    XƏBƏR LENTİ

    2026-cı ildə hansı ölkələrdə seçkilər keçiriləcək?

    Bu gün ABŞ–SSRİ münasibətlərində “yaxınlaşma dövrü” başa çatdı

    Tarixdə bu gün – 2 yanvar

    MİT rəhbəri İbrahim Kalın Ukraynanın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

    İsrailin QHT-lərə tətbiq etdiyi qadağalar beynəlxalq səviyyədə kəskin qınağa səbəb olur

    Hakan Fidan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə görüşüb

    Afrika ölkələri ABŞ vətəndaşlarının girişinə qadağa tətbiq edəcək

    Britaniyada aclıq aksiyası keçirən “Palestine Action” təşkilatının üzvü olan məhbuslar kimlərdir?

    Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

    Haredi əsgərlərdən ibarət briqada Suriyanın cənubunda yerləşdirilib - İsrail ordusu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.