Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Ağlın Yolu

    5 Noyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Hamımız bu dünya həyatında ömür sürür, nemətlərdən istifadə edirik, bəla və müsibətlərdən qorxuruq. Əslində bu dünyanın təmiz və saf ağıl ilə müşahidə edilməsi bizə çox aydın bir həqiqəti göstərir: bu aləmdə bir nizam var.

    Nizam varsa, nizamlayan da vardır. Bu nizama “kosmos” da deyə bilərsiniz, “kainat” da. Adı nə olur-olsun, bu nizamın arxasında hikmətlə dolu bir iradə vardır. Qurani-Kərimdə buyurulur:

    “O Allah ki, yeddi göyü bir-birinin üstündə yaratdı. Rəhmanın yaradılışında bir uyğunsuzluq görə bilərsənmi? Gözünü bir daha çevir bax, heç bir çat görürsənmi?”
    (əl-Mülk, 3)

    Bu ayə bizə göstərir ki, kainatda xaos deyil, mükəmməl bir harmoniya hökm sürür. İnsan bu harmoniya ilə uyumlu yaşamaq məcburiyyətindədir. Əks halda, təbiətin nizamı qarşısında aciz qalar.

    Yağış qarşısında, tufan qarşısında, zəlzələ qarşısında… bütün bu hadisələr insana öz yerini xatırladır. Qurani-Kərim buyurur:

    “Yer üzündə baş verən və sizin başınıza gələn heç bir müsibət yoxdur ki, Biz onu yaratmamış olaq. Həqiqətən, bu, Allah üçün asandır.”
    (əl-Hədid, 22)

    Bəli, ola bilər ki, insan olaraq texnologiya və süni intellektin gətirdiyi imkanlar içində tanrılıq sindromuna tutulmuşuq. Özümüzü güclü, qüdrətli və azad hiss edirik. Amma 12 ballıq bir zəlzələ bəşəriyyətin bütün birgə təkəbbürünü bir an içində sındırmağa qadirdir.

    Ona görə də ağlın yolu insanı Allaha aparır. Ağıl – imanın giriş qapısıdır. Qurani-Kərim bu düşüncə yolunu belə təsvir edir:

    “Onlar göylərin və yerin yaradılışına, gecə ilə gündüzün bir-birini əvəz etməsinə baxmazlarmı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.”
    (Ali-İmran, 190)

    Lakin ağıl artıq orada dayanır. Ağıl Allahın varlığını dərk edər, lakin Onun mahiyyətini qavraya bilməz. Buradan sonra dil və qəlb itaəti gəlir.

    “Sizin tanrınız tək bir Tanrıdır. Ondan başqa ibadətə layiq olan yoxdur. O, Rəhmandır, Rəhimdir.”
    (əl-Bəqərə, 163)

    İtaət — ağlın susduğu, qəlbin danışdığı yerdir. Bu itaət, kor təslimiyyət deyil; əksinə, kainatın nizamını qavrayıb onun Yaradanına yönəlməkdir.

    Uca Allaha itaət insanda bir harmoniya yaradır — daxili sükunət və kainatla uyğunluq. Qurani-Kərim bu vəziyyəti belə ifadə edir:

    “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və sizdən olan rəhbərlərə də. Əgər bir şeydə ixtilafa düşsəniz, onu Allaha və Peyğəmbərə qaytarın...”
    (ən-Nisa, 59)

    Beləcə, ağlın son dayanacağı imanın başlanğıcıdır.
    Ağıl bizi Allaha aparır, amma iman bizi Onunla birləşdirir.

    #Qurani-Kərim #Qurani Kərim #Azər Hüseynov #Qurani-Kərim ayələri #Qurani-Kərim yazısı #ağıl və iman #Allaha itaət #Qurandan ibrətlər #ağıl və qəlb #iman yolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nə üçün hicab məsələsi belə gündəm edilir?

    3 Fevral 2026 14:39

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    İslamda Fatihə surəsinin mənəvi və fiqhi əhəmiyyəti nədir?

    21 Dekabr 2025 14:23

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyənin Gemlik limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Ordumuzun həftəlik fəaliyyətinə dair icmal

    Türkiyədə yeni inzibati bina tikintisi üçün tender elan edilib

    Yanvar ayında Türkiyədən Misirə xalça ixracı azalıb (ÖZƏL)

    Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazandı

    Keçən il Türkiyənin Ambarlı limanı 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerasında olublar

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər

    İran prezidenti: ABŞ ilə danışıqlar "irəliyə doğru addımdır"

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.