Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    AKP hökumətinin ideoloji dəyişiklik yolu

    30 Avqust 2025 15:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    AKP-nin zamanında Türkiyədə din və dindarlar.

    Bu haqda yazmışdım. Yenə də yazıram. Siyasi "islamçılıq" mövcud olan variantları ilə süqut etmişdir. Çünki onun hakimiyyətə gəlməsi ancaq beynəlxalq sistemlə razılaşma halında mümkündür. Bu isə istəsən də, istəməsən də sonda ya həmin islamçıları qloballist, ya da millətçiyə çevirir. Mənə sual verirlər, axı sən də partiyadasan və onun idarə heyətindəsən. Bəli, mən Azərbaycan siyasi mühitinin ən məşhur partiyalarından olan Ağ Partiyada sədrin müşaviriyəm. Ancaq mənim üçün bir məqam vardır. Müsəlman bir vətəndaş olaraq ümumvətəndaş maraqlarında hər hansı isə bir partiyada ola bilər. Hülf əl füdul kimi. Fəqət dini əsaslı siyasi partiyanın qurulması sonda dindarların aşınmasına, daxili çatın əmələ gəlməsinə, dinin təsirinin cəmiyyətdə azalmasına gətirib çıxardır. Ona görə də mən dini referans alan siyasi partiyaların əleyhinəyəm. Dini əsas alıb sistemdə inteqrasiya olan siyasi partiyalar islami siyasi kimliyi məhv edir. Məncə bunu AKP-nin misalında ilk etapda AKP zamanında namaz qılma səviyyəsi və dinin ictimai səviyyəsinin səviyyəsinə baxmaqla nəzərdən keçirə bilərik.

    Müxtəlif sorğular göstərir ki, dinin ictimai və siyasi müstəvidə artan nüfuzuna baxmayaraq, fərdi dini ibadətlərin, xüsusilə namaz qılma səviyyəsinin sabit qaldığı, bəzi qruplarda isə azaldığı müşahidə olunur. KONDA-nın 2008 və 2018-ci illərdə keçirdiyi sorğulara görə, “beş vaxt namaz qılıram” deyənlərin nisbəti 2008-ci ildə 27% idisə, 2018-ci ildə 24%-ə düşmüşdür. Eyni zamanda, “heç namaz qılmıram” deyənlərin sayı 16%-dən 22%-ə yüksəlmişdir (Demographics of Turkey) Diyanet İşləri Başkanlığının 2013-cü ildə keçirdiyi sorğuya görə, təhsil səviyyəsi də ibadət praktikasına ciddi təsir göstərir. Belə ki, savadsızlar arasında gündəlik namaz qılanların faizi 69,3% olduğu halda, ali təhsilli (bakalavr və yuxarı) şəxslərdə bu göstərici 27,4%-ə qədər enir (Ahmet Türkan Religion and Religious Life in Turkey. // Edinost in dialog Unity and Dialogue 78 (2023) 1: 95–114 )
    Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə hakimiyyətə gəldikdə, siyasi xəttin mərkəzində islamçı-populist bir diskurs dayanırdı. Rəcəb Tayyib Ərdoğan və partiyası özlərini “dindar xalqın səsi” kimi təqdim edərək, qərbyönlü və sekulyar elitanı “xalqın dəyərlərinə yad” bir zümrə kimi qələmə verirdilər. Bu mərhələdə İslam dəyərləri, Osmanlı mirası və dini simvollar siyasətin əsas dayaqları idi (Islamist Civilizational Politics and the AKP: Turkey’s Role in a Changing Muslim World. https://www.ispionline.it/.../islamist-civilizational...)
    Lakin 2010-cu illərin ortalarından etibarən Ərdoğanın siyasi ritorikasında dəyişikliklər nəzərə çarptı. “Yeni Türkiyə” anlayışı ortaya atıldı və bu konsepsiya dini ritorikanı millətçiliklə birləşdirən bir çərçivə kimi təqdim edildi. Çıxışlarında tez-tez Osmanlı tarixinə, Çanaqqala döyüşünə və milli qəhrəmanlara istinad edən Ərdoğan, millətçiliyi dini kimliklərlə yanaşı yeni siyasi leksikonun mərkəzinə yerləşdirdi. Onun bəyanatlarında “bayraq”, “millət”, “vətən” kimi anlayışlar namaz və ibadət qədər önəmli vurğular halına gəldi. Bu, siyasi diskursda dini kimliyin millətçilik çərçivəsinə inteqrasiya olunduğunu göstərirdi ( 17/4/2023 (Re)inventing the nation on the centenary of the Turkish Republic: A Rhetorical Political Analysis of Erdogan’s ‘Vision for a Century of Türkiye’. https://www.ideology-theory-practice.org/.../reinventing...)

    2020-ci illərdə isə Erdoğan siyasətində daha açıq şəkildə texno-millətçilik ön plana çıxmağa başladı. Xüsusilə gənclərə yönəlik mesajlarda dini ritorikanın yerini milli texnologiya uğurları, müdafiə sənayesi, vətənin müstəqilliyi kimi mövzular tutdu. “Teknofest” və oxşar tədbirlərdə millətçi ritorika dinlə bağlı məfhumlardan daha çox istifadə edildi. Bu isə göstərir ki, Ərdoğan özünün əvvəlki islamçı-populist üslubundan uzaqlaşaraq, gənc nəsillər üçün sekulyar elementləri də əhatə edən milli kimlik üzərindən siyasi legitimlik qurmağa başlayıb (Techno-nationalist rhetoric consolidates Erdoğan’s power in Turkey https://theloop.ecpr.eu/techno-nationalist-rhetoric.../...)
    Beləliklə, Ərdoğanın siyasi ritorikasında aydın şəkildə üç mərhələ ayırmaq mümkündür: 2000-ci illərdə islamçı-populizm, 2010-cu illərdə neo-Osmanlı və millətçi sintez, 2020-ci illərdə texno-millətçilik.

    2013-cü ildə səsləndirdiyi “təkəyə mürid aramıyoruz” ifadəsi, AKP ilə islamçı dairələr arasında bir uzaqlaşmanın simvoluna çevrildi. Uzaqlaşma daha sonra İHH ilə də özünü göstərdi. 2016-cı ildə İHH başqanı Bülənt Bəyin bəzi çıxışları, partiyanın siyasi xəttinə uyğun gəlmədiyi üçün tənqid olundu. Bu gərginlik nəticəsində İHH rəsmi olaraq Ərdoğandan üzr istədi, partiyanın siyasi xəttinə hörmət göstərdiyini və münasibətləri normallaşdırmaq istədiyini açıqladı. Bu hadisə, AKP ilə ənənəvi islamçı çevrələr arasındakı əlaqələrin soyuduğunu və Ərdoğanın siyasi ritorikasında dini prioritetlərin azalmaqda olduğunu bir daha təsdiqlədi. Eyni zamanda, Ərdoğan keçmiş sekulyar və sol millətçilərlə yaxınlaşmağa başladı. 2015-ci ildən sonra, xüsusilə 15 İyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra, AKP və Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında əməkdaşlıq gücləndi [4]. Bu yaxınlaşma, “Cumhur İttifaqı”nın yaranmasına səbəb oldu və Ərdoğanın siyasi xəttində millətçi elementlərin daha da önə çıxmasına imkan yaratdı. Bu proses, islamçı-populist kimlikdən uzaqlaşıb, dövlət millətçiliyini ön plana çıxaran bir siyasət modelinə keçidi simvolizə edir.

    Bir daha qeyd edirəm Ərdoğan böyük siyasi liderdir. Millətçi-dövlətçi bir liderdir. Amma artıq islamçı lider deyildir. Ona görə islamçı məhəllə onun şəxsində mehdi axtarmasın. Bir də "islamçı məhəllə" statistika ilə danışmağı da gərək öyrənsin.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41

    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu

    31 Avqust 2025 09:00

    Azərbaycan Yaxın Şərqdə diplomatik fəallığını artırır - Azər Hüseynov

    31 İyul 2025 20:00

    İran 1979-2023-cü illərdə (ziddiyyətlər fonunda)

    23 İyul 2025 14:43

    Modern “İslamçılar” AKP və Türkiyə haqqında

    22 İyul 2025 16:03

    Azərbaycan xarici siyasətinin mərkəzi damarı təhlükəsizlikdir

    17 İyul 2025 10:50

    Azərbaycan, Suriya və İsrail: Yeni Geosiyasi Üfüqlər və Bakı Platforması

    13 İyul 2025 14:27

    Azərbaycan Kimliyinin Zəif Halqası: Din və Diasporada Milli İtki Təhlükəsi

    9 İyul 2025 15:10

    Azərbaycan və "Özünü Qoruma Refleksi": Müasir Siyasi Gərginliklər Fonunda Yanaşma

    7 İyul 2025 09:30

    Ərbakan və Ərdoğan siyasi islamçılığının fərqi

    24 İyun 2025 17:39

    Mediamız və Kripto-İslamofobiyanın Təhlükəsi

    21 İyun 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Zəfər xronikası. 18 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Füzulinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib (FOTO)

    Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub

    Bu gün Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür

    44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

    Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

    Tarixdə bu gün – 18 oktyabr

    Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb

    İspaniya cəzalandırılmalıdır - Tramp

    Rusiyada müdafiə sənayesi zavodunda partlayış olub

    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.