Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Əl-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək.

    AzerVoice arabnews-a istinadən xəbər verir ki, tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.

    Elmi sessiyalar böyük Körfəz mərkəzlərində radiasiya terapiyası və onkologiya sahəsində son yeniliklərin müzakirəsi ilə başlayacaq. Məruzəçilər arasında Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, Küveyt və BƏƏ-dən mütəxəssislər yer alacaq.

    Həmçinin Misir, İordaniya, Mərakeş, Türkiyə və İraq üzrə modern xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq.

    Səudiyyəli ixtisaslaşdırılmış tibb qrupu proton terapiyasının inkişafı istiqamətində görülən işləri təqdim edəcək. Bu texnologiya xüsusilə uşaqlarda radiasiyaya bağlı fəsadların azalmasına kömək edir və Krallıqda tətbiq prosesində üzləşilən çağırışlar vurğulanacaq.

    Klivlend Klinikasının Radiasiya Onkologiyası şöbəsinin rəhbəri professor Fadi Geara karbon ion terapiyası barədə təqdimat edəcək və Əbu-Dabidə inşa edilən müalicə mərkəzinin inkişaf planlarını açıqlayacaq. Bu innovativ hissəcik terapiyası, xüsusilə ənənəvi müalicəyə davamlı olan şişlərin hədəflənməsində yüksək dəqiqlik göstərir.

    İordaniyadakı Kral Hüseyn Xərçəng Mərkəzi regionda ilk dəfə tətbiq edilən MR-nəzarətli radioterapiya ilə bağlı təcrübəsini bölüşəcək.

    Proqrama multidissiplinar xərçəng müalicəsi, fundamental və tətbiqi tədqiqatlar, klinik sınaqlar üzrə sessiyalar, həmçinin xəstələr və mütəxəssislər üçün interaktiv platforma və tibbi texnologiya şirkətlərinin iştirakı ilə texniki sərgi daxildir.

    Konfransın rəhbəri Dr. Saad əl-Rəşidi bildirib ki, tədbirin Əl-Faysal Universitetində keçirilməsi Krallığın tibbi bilik və texnologiyaya investisiya siyasətinin göstəricisidir.
    Onun sözlərinə görə, konfrans iştirakçı sayına və elmi məruzələrin səviyyəsinə görə hər il genişlənir və Yaxın Şərqdə radiasiya texnologiyası üzrə təcrübə mübadiləsi üçün aparıcı platformaya çevrilib.

    #Türkiyə #Küveyt #BƏƏ #Səudiyyə Ərəbistanı #Misir #Qətər #İraq #Mərakeş #İordaniya #Oman #Bəhreyn #Ər-Riyad #Əbu-Dabi #Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyəti #Al-Faysal Universiteti #süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları #proton terapiyası #Fadi Geara #karbon ion terapiyası #Klivlend Klinikasının Radiasiya Onkologiyası şöbəsi #İordaniyadakı Kral Hüseyn Xərçəng Mərkəzi #MR-nəzarətli radioterapiya #multidissiplinar xərçəng müalicəsi #Dr. Saad əl-Rəşidi #Yaxın Şərqdə radiasiya texnologiyaları #Süni intelek və tibb
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqın sabiq prezidenti Bərhəm Salih BMT-nin Qaçqınlar üzrə Ali Komissarı seçilib

    12 Dekabr 2025 16:45

    Türkiyədən Misirə sement ixracı azalıb (ÖZƏL)

    12 Dekabr 2025 16:09

    Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

    12 Dekabr 2025 10:28

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    11 Dekabr 2025 18:00

    Aİ BƏƏ ilə strateji tərəfdaşlıq müqaviləsi üçün danışıqlara başlayıb

    11 Dekabr 2025 17:30

    Türkiyədən Bəhreynə avtomobil ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    11 Dekabr 2025 17:01

    Bağdad Beynəlxalq Hava Limanı 12 saatlıq fasilədən sonra yenidən açılıb

    11 Dekabr 2025 15:03

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    Türkiyədən İraqa hazır geyim ixracı 572 milyon dolları keçib (ÖZƏL)

    11 Dekabr 2025 13:20

    Azərbaycan və Türkiyə HDQ nümayəndələri elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə ediblər

    11 Dekabr 2025 12:23

    Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

    11 Dekabr 2025 12:13

    Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

    11 Dekabr 2025 09:24
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.