Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Chery və BYD Türkiyədə Hansı Şəhərlərə Fabrika Quracaq?

    15 Fevral 2025 13:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Çinli avtomobil istehsalçıları Chery və BYD, Türkiyədə avtomobil istehsalı üçün Manisa və Samsun şəhərlərinə investisiya qoyacaq.

    Prezident Rəcəb Tayyib Ərdoğan, Asiya turundan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıraraq iki Çinli elektrikli avtomobil istehsalçısının Türkiyədə zavod tikəcəyini açıqlamışdı. Daha sonra Sanayi və Texnologiya Naziri Mehmet Fatih Kacır istehsalçıların Manisa və Samsun şəhərlərində zavod tikəcəyini təsdiqləyib.

    BYD Manisada Fabrika Quracaq

    Sanayi və Texnologiya Naziri Mehmet Fatih Kacır açıqlamasında BYD-nin Manisada fabrik quracağını təsdiqləyib. O, bildirib ki: "BYD artıq Manisada yerini alıb və investisiya prosesi başlayıb.ÇED (Çevresel Etki Değerlendirme) hesabatı tamamlanıb.Bu zavod üçün 1 milyard dollarlıq sərmayə yatırılacaq.Fabrik ildə 150 min avtomobil istehsal edəcək və Ar-Ge (tədqiqat və inkişaf) mərkəzi yaradılacaq"

    Chery Samsunda Fabrika Quracaq

    Nazir Kacır, Chery-nin Samsunda investisiya edəcəyini və bu mövzuda ciddi danışıqlar aparıldığını açıqlayıb. O, qeyd edib ki:

    "Samsundakı Chery fabriki, BYD fabrikinin istehsal gücünə yaxın olacaq.Sərmayənin BYD səviyyəsində olması gözlənilir.Türkiyə avtomobil sənayesinə böyük töhfə verəcək bir layihə həyata keçirilir"

    Türkiyənin Avtomobil Sənayesində Yeni Dövr

    Prezident Ərdoğan, Çinin elektrikli avtomobil sektorunda uğurlarına diqqət çəkərək, bu investisiyaların Türkiyə avtomobil sənayesinə yeni nəfəs verəcəyini vurğulayıb.

    "Bu fabriklərin Manisa və Samsunda qurulması Türkiyə avtomobil sənayesinə fərqli bir dinamika gətirəcək. TOGG-un daxili bazarda qazandığı uğuru qorumaq və bu sahədə irəliləmək niyyətindəyik. Türkiyə, TOGG ilə dünyaya 'Biz də varıq, buradayıq və güclüyük' mesajını göndərir."-deyə Ərdoğan Bildirib

    #Rəcəb Tayyib Ərdoğan #TOGG #Çin #BYD #Chery Samsun fabriki #BYD Manisa #Türkiyədə Çin avtomobil istehsalı #Çin avtomobil istehsalçıları Türkiyədə #Elektrikli avtomobil sektoru Türkiyə #Elektrikli avtomobil sektoru #TOGG və Çin avtomobil markaları #Çin avtomobil markaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Makron Zelenski ilə telefon danışığı aparıb

    7 Dekabr 2025 10:00

    Asılılıqla mübarizədə birlikdə olmalıyıq - Ərdoğan

    6 Dekabr 2025 14:05

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Si Cinpin Ukrayna ilə bağlı açıqlama verib

    4 Dekabr 2025 10:53

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    Türkiyə idarəetmə məhkəmələrində işləri Avropadan daha tez həll edir - Ərdoğan

    2 Dekabr 2025 16:36

    Avtobus sürücüsündən dövlət başçısına qədər uzanan yol – Maduro hekayəsi

    30 Noyabr 2025 18:20

    Bərzani Ərdoğana təşəkkür etdi

    29 Noyabr 2025 16:38

    Hakan Fidan İrana rəsmi səfərə gedəcək

    29 Noyabr 2025 15:51

    Çin lideri blogerlərlə nəzarəti gücləndirməyi tapşırıb

    29 Noyabr 2025 11:28

    Taleh Kazımov Çində maliyyə tənzimləməsi qurumunun rəhbəri ilə görüşüb

    28 Noyabr 2025 14:27
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Yaponiyada müsəlmanları harada dəfn edirlər?

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    Türkiyədən Qazaxıstana polad ixracı artıb (ÖZƏL)

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    Türkiyədən Misirə tekstil ixracı artıb (ÖZƏL)

    Fəlsəfə, dilçilik və siyasət kəsişməsində...Noam Çomski kimdir?

    Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb

    Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.