Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Togg-un iki modeli Avropada 5 ulduz aldı

    9 Sentyabr 2025 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin elektrikli avtomobil markası olan Togg, Avropanın avtomobil təhlükəsizliyi sahəsində ən nüfuzlu qurumlarından biri olan Euro NCAP tərəfindən keçirilən testlərdə yüksək nəticə göstərərək 5 ulduzla qiymətləndirilib.

    AzerVoice xəbər verir ki, Belçikanın Leuven şəhərində yerləşən Euro NCAP tərəfindən aparılan testlərdə Togg-un T10F sedan və T10X SUV modelləri təhlükəsizlik göstəriciləri baxımından "mükəmməl" hesab olunub.

    Euro NCAP tərəfindən yayımlanan açıqlamada qeyd olunur ki, Togg-un hər iki modeli yetkin sərnişinlərin müdafiəsi, uşaq sərnişinlərin təhlükəsizliyi, yol hərəkətində zəif iştirakçılar üçün qoruma və aktiv təhlükəsizlik sistemləri sahəsində yüksək göstəricilər əldə edib. T10F modeli yetkin sərnişin müdafiəsində 95 faiz, T10X isə 94 faiz nəticə göstərib. Hər iki model uşaq sərnişinlərin qorunması üzrə 85 faiz, təhlükəsizlik yardım sistemləri üzrə isə 80 faiz göstəriciyə nail olub.

    Açıqlamada vurğulanır ki, Togg-un bu nəticələri yeni bir avtomobil markası üçün olduqca təsiredici hesab olunur. Euro NCAP proqram direktoru Aled Williams bu barədə verdiyi açıqlamada bildirib ki, Togg elektrikli avtomobil bazarında iddialı bir rəqib olduğunu nümayiş etdirmək məqsədilə yola çıxıb və ilk iki modeli ilə 5 ulduzlu nəticə qazanaraq gözləntiləri aşıb. O əlavə edib ki, testlərdən sonra mütəxəssislər Togg-un mühəndisliyindən və təhlükəsizlik səviyyəsindən olduqca təsirləniblər.

    Togg-un gələcək planlarına da toxunulan açıqlamada, şirkətin 2030-cu ilə qədər Avropa bazarına 1 milyon elektrikli avtomobil ixrac etməyi hədəflədiyi, ümumilikdə isə məhsul çeşidini 5 fərqli modelə çatdırmağı planlaşdırdığı qeyd olunub. Avtomobillərin dizaynı məşhur türkiyəli dizayner Murat Günak tərəfindən hazırlanıb. Günak daha əvvəl Peugeot, Mercedes-Benz və Volkswagen qruplarında dizayna rəhbərlik etmiş təcrübəli mütəxəssis kimi tanınır.

    Qeyd edək ki, Türkiyə artıq Fiat, Mercedes-Benz və Renault kimi bir çox Avropa avtomobil markalarının istehsal mərkəzi kimi tanınır və ölkədə hər il 1,5 milyondan çox avtomobil və kommersiya nəqliyyatı istehsal olunur.

    Euro NCAP, Avropada satılan yeni avtomobil, kamyon və minik avtomobillərinin təhlükəsizlik göstəricilərini qiymətləndirərək, istehlakçılara, siyasətçilərə və avtomobil sənayesinə real və müstəqil məlumat təqdim edən qurumdur.

    #TOGG #TOGG və Çin avtomobil markaları #Togg satışları #Togg C-SUV satışları #Togg T10F satış tarixi #Togg T10F ön sifariş #Togg T10F Türkiyə 15 sentyabr #Togg T10F Almaniya 29 sentyabr #Togg T10F Urla yaşıl #Togg T10F interyer #Togg Trumore tətbiqi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    10 Dekabr 2025 13:38

    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb

    21 Oktyabr 2025 16:35

    TOGG avtomobillərinə Almaniyada böyük maraq - ixrac sayı minə yaxınlaşacaq

    9 Oktyabr 2025 12:55

    Togg T10F Türkiyədə satışa təqdim edildi – yüksək texnologiya və uzun məsafə imkanı ilə

    15 Sentyabr 2025 12:31

    TOGG ilk ixracını Almaniyaya edəcək

    15 Sentyabr 2025 11:39

    Ərdoğana TOGGun yeni modeli T10F hədiyyə edilib

    13 Sentyabr 2025 11:30

    TOGG T10F modelinin satış tarixi açıqlanıb

    8 Sentyabr 2025 16:17

    Türkiyədə ən çox satılan avtomobil markaları açıqlanıb

    5 Sentyabr 2025 15:07

    Türkiyədə elektrikli avtomobil dövrü başlayır: Satışlarda TOGG liderdir

    4 Sentyabr 2025 16:15

    Türkiyədə avtomobil satışları artıb elektrikli modellər ön plana çıxıb

    13 Avqust 2025 13:31

    Ərdoğan "Togg"un yeni modeli ilə ilk test sürüşünü həyata keçirib (FOTO)

    5 İyul 2025 20:31

    TOGG-un yeni modeli T10F Almaniyada təqdim olunacaq

    25 İyun 2025 17:02
    Demo
    XƏBƏR LENTİ

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin edilməyib

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

    Ərdoğan Türkmənistana səfər edəcək

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri arasında görüş keçirilib

    Türkiyədən Qətərə avtomobil ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    Adnan Menderes hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.