Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Ankarada ALTAY tankının seriyalı istehsalına start verilib

    5 Sentyabr 2025 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin müdafiə sənayesində aparıcı layihələrdən biri olan ALTAY Döyüş Tankının seriyalı istehsalı Ankaradakı BMC zavodunda rəsmən başlayıb. Tankın istehsalı, Aerokosmik və Aviasiya İxtisaslaşdırılmış Sənaye Zonasında (HAB) inşa olunan müasir istehsal bazasında həyata keçirilir.

    AzerVoice xəbər verir ki,tankın seriyalı istehsalını həyata keçirəcək BMC Müdafiə və onun yerli mühərrik sistemini — BATU Güc Qrupunu hazırlayacaq BMC Power eyni məkanda fəaliyyət göstərir. Müəssisə qısa müddətdə inşa olunaraq müasir texnologiyalarla təchiz edilib və istifadəyə verilib.

    İstehsalat xəttində yerli sənaye robotlarından və yeni nəsil texnologiyalardan istifadə olunur. Tankın gövdəsinin hazırlanmasından tutmuş son montaja qədər bütün mərhələlərdə intensiv iş aparılır.

    İlk tankların təhvil verilməsi rəsmi açılışda baş tutacaq

    BMC İdarə Heyətinin sədri Fuat Tosyalı, istehsal prosesi ilə bağlı Anadolu Agentliyinə (AA) məlumat verib. O, tankın istehsalının artıq başladığını və ilk tankların rəsmi açılış mərasimində Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyini bildirib:

    "Türkiyənin 100 illik xəyalını gerçəkləşdirmək bizə qismət oldu. Keçən il ramazan ayında təməlini atdığımız bu zavod, çox şükür ki, artıq seriyalı istehsala başlayıb. Qısa müddətdə həm ordumuzun, həm də dost ölkələrin tələbatını ödəyəcək şəkildə istehsala davam edəcəyik."

    BATU güc qrupu test mərhələsindədir

    Tank üçün hazırlanan BATU Güc Qrupunun hazırda test mərhələsində olduğunu bildirən Tosyalı, bu sistemin tanklarda istifadə olunması üçün 10 min kilometrlik yol testi və digər performans yoxlamalarının aparıldığını qeyd edib. Onun sözlərinə görə, bu günə qədər heç bir texniki problem yaşanmayıb və testlər uğurla davam edir.

    Tosyalı bu layihəni "milli məsuliyyət və həyəcan" kimi dəyərləndirərək, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın layihənin hər mərhələsini yaxından izlədiyini və böyük dəstək verdiyini vurğulayıb.

    Yeni qurulan bu zavodda yalnız ALTAY tankı deyil, eyni zamanda 8x8 ALTUĞ zirehli döyüş maşını da istehsal olunacaq. Zavod, ətrafında yaradılan sənaye klasteri ilə birlikdə Türkiyənin quru qoşunları üçün əsas müdafiə istehsalat mərkəzinə çevriləcək.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkiyə Silahlı Qüvvələri #silahlı hücum #Altay tankı #Türk Aerokosmik Sənayesi #Türkiyə Altay tankı #aerokosmik sənaye #Türk Aerokosmik Sənaye #milli aerokosmik layihə #Türk Aerokosmik Sənayesi inkişafı #Fuat Tosyalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

    17 Dekabr 2025 12:27

    Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

    16 Dekabr 2025 16:40

    Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

    16 Dekabr 2025 12:39

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    15 Dekabr 2025 17:12

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03
    Demo
    XƏBƏR LENTİ

    Bu gün ABŞ-da köləlik ləğv edildi

    Bu gün Tramp impiçment edildi

    Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

    Tarixdə bu gün – 18 Dekabr

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.