Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Ərdoğan İzmirdə baş verən terror aktı ilə əlaqəli açıqlama verib

    8 Sentyabr 2025 16:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025–2026-cı tədris ilinin açılış mərasimində çıxış edərək, İzmir şəhərində baş verən silahlı hücumla bağlı ilk açıqlamasını verib.

    AzerVoice xəbər verir ki, Ərdoğan hadisəni qınayaraq şəhid olan polis əməkdaşlarına rəhmət, yaralılara isə şəfa diləyib.

    Ərdoğan çıxışında bildirib ki, hücum nəticəsində polis başmüfəttişi Aydemir və polis əməkdaşı Akın şəhid olub.

    “İzmirdən hamımızı sarsıdan dərin bir xəbər aldıq. Şəhid olan polis əməkdaşlarımıza Allahdan rəhmət, yaralı yoldaşlarımıza şəfa diləyirəm. Hücumla əlaqəsi olan 16 yaşlı bir şəxs yaxalanıb, əlaqələri araşdırılır”- deyə Ərdoğan bildirib.

    O, bütün təhlükəsizlik orqanına başsağlığı verib və hadisənin terror xarakteri daşıdığını vurğulayıb.

    Çıxışının davamında Ərdoğan yeni tədris ili ilə bağlı da mühüm açıqlamalar verib. Onun sözlərinə görə:

    • 2025-ci ildə təhsilə ayrılan büdcə 2 trilyon 186 milyard lirə təşkil edir.
    • Bu günədək 821 mindən çox müəllim təyinat alıb.
    • Fatih Projesi çərçivəsində 629 min 277 interaktiv lövhə quraşdırılıb, 2 milyon 407 min planşet şagirdlərə paylanıb.
    • Laboratoriyaların sayı 21 min 849-dan 49 min 666-ya, elm və incəsənət mərkəzlərinin sayı isə son 22 ildə 20 dəfə artaraq 364-ə çatdırılıb”- deyə o vurğulayıb.

    Ərdoğan gənclərə səslənərək onların ölkənin gələcəyində əsas rol oynayacağını vurğulayıb.

    Türkiyə Prezidenti həmçinin gəncləri elmə maraqlı olmağa, ədalət və sülh dəyərlərinə sahib çıxmağa çağırıb.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İzmir hücumu 2025 #İzmir terror hadisəsi #şəhid olan polis əməkdaşları #Türkiyə yeni tədris ili 2025–2026 #şagirdlərə planşet paylanması #Ərdoğanın təhsil mesajları #İzmir polis hücumu araşdırılır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji əhəmiyyət daşıyır - Hakan Fidan

    7 Noyabr 2025 21:40

    Ərdoğan Azərbaycana gəlir

    7 Noyabr 2025 20:03

    Türkiyə ilə Liviya arasında ikitərəfli münasibətlər və regional məsələlər danışılıb

    7 Noyabr 2025 14:10

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova TRT World Forum 2025-də iştirak edib

    6 Noyabr 2025 16:51

    Ərdoğan CHP sədri Özgür Özələ sərt reaksiya verib

    6 Noyabr 2025 16:21

    Hakan Fidan Finlandiya Parlamentində çıxış edib

    6 Noyabr 2025 04:00

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46

    Ankara Sosial Elmlər Universitetində partlayış baş verib

    5 Noyabr 2025 16:58

    PKK və onun törəmələri bütün terror fəaliyyətlərini dərhal dayandırmalıdır - Güler

    5 Noyabr 2025 15:44

    Terrorsuz Türkiyə və bölgə hədəfi üçün hər kəsin dəstəyi vacibdir - Ərdoğan

    5 Noyabr 2025 14:18
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 8 noyabr

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    Zəfər xronikası. 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb

    Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

    Azərbaycanda Zəfər Günü qeyd olunur

    Bu gün Zəfər Günüdür

    44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

    Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.