BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Keşan bölgəsindən havaya qalxan Bayraktar TB3 PT-2R pilotsuz uçuş aparatı, ölkənin ən böyük hərbi gəmisi TCG Anadolu üzərində həyata keçirilən süni intellekt dəstəyi ilə tam avtomatik qalxış və eniş sınağını uğurla başa çatdırdı.
Sınaq, Türkiyənin dəniz platformalarında pilotsuz uçuş aparatlarının istifadəsi sahəsində mühüm mərhələ kimi qiymətləndirilir. Bayraktar TB3-ün bu uğuru, həm əməliyyat imkanlarının genişlənməsi, həm də müdafiə sənayesində süni intellekt tətbiqlərinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.