BAKI, AzerVoice, Nailə Babazadə
Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından 69 milyon 221 min 744 ton neft məhsulları daşınıb.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 4 milyon 452 min 962 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 64 milyon 768 min 782 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.
“Bu ilin yanvar- sentyabr ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 24 milyon 87 min 836 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 411 min 316 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 51 min 953 ton olub”, – deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 582 min 543 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 307 milyon 854 min 459 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 675 min 355 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 286 milyon 179 min 104 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 66 min 576 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 801 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 146 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 655 olub.
2025-ci ilin yanvar - sentyabr ayında Türkiyə limanları 47 min 630 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 777, Türkiyə bayrağı altında olan gəmilər isə 30 min 853 olub”, - deyə nazirlikdən bildirilib.