BAKI,AzerVoice
Ermənistan oktyabrın 27-dən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə parlament iclasında çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Azərbaycanın Ermənistana tranzit daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını tarixi hadisə hesab edirəm ... Cavab olaraq, Ermənistan bu gündən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə avtomobil nəqliyyatı ilə tranzit daşımalarını təmin etməyə hazırdır, çünki hazırda bizdə yalnız bu infrastruktur mövcuddur”, - deyə o vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh artıq baş vermiş faktdır və hər iki ölkə bu reallıqda yaşamağı öyrənməlidir.
“Biz sülhün qayğısını çəkməliyik, o cümlədən gələcək parlament seçkilərinin - lakin bu sülhü qorumaq məntiqi ilə. Əks nəticə Ermənistanın yenidən münaqişəyə sürüklənməsinə və onu forposta çevrilməsinə gətirib çıxarar”, – deyə o əlavə edib.
Paşinyanın bildirdiyinə görə, Azərbaycanın ərazisindən, daha sonra isə Gürcüstandan keçməklə Ermənistana daxil olacaq ilk tranzit yük Qazaxıstandan gətirilən buğda olacaq.