Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Türkiyə və İngiltərə arasında Eurofighter Typhoon döyüş təyyarələrinin tədarükünə dair razılaşma əldə edilib

    27 Oktyabr 2025 21:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə və İngiltərə arasında “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair razılaşma əldə edilib

    AzerVoice xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Böyük Britaniyanın Baş naziri Keir Starmer Ankarada birgə mətbuat konfransı keçiriblər. Görüş çərçivəsində iki ölkə arasında müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar imzalanıb.

    Prezident Ərdoğan, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq mexanizmlərinin heyətlərarası görüşlərdə imzalandığını açıqlayıb.

    “Bu əməkdaşlığın müdafiə sənayesində yeni ortaq layihələrə yol açacağına inanırıq. Bu razılaşmanı iki yaxın müttəfiq arasında strateji münasibətlərin yeni bir simvolu hesab edirik,” – deyə dövlət başçısı qeyd edib.

    “Ticarət həcmini ilk mərhələdə 30 milyard, daha sonra isə 40 milyard dollara çatdırmaqda qərarlıyıq. İqtisadi əlaqələri daha da gücləndirməyə sadiqik,” – deyə Ərdoğan bildirib.

    Ərdoğan, Qəzzada atəşkəsin qorunması və pozuntuların qarşısının alınması üçün bütün ölkələrin məsuliyyət daşıdığını vurğulayıb.

    “ Böyük Britaniyanın Fələstin Dövlətini tanıma qərarını alqışlayırıq. Bu addımı iki dövlətli həll yolunda cəsur bir addım kimi qiymətləndiririk,” – deyə o bildirib.

    Baş nazir Keir Starmer öz çıxışında Türkiyə ilə strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini qeyd edib:

    “Böyük Britaniya, Türkiyə ilə ilk ikitərəfli əməkdaşlıq çərçivəsini elan edir. Bu tərəfdaşlıq NATO daxilində təhlükəsizliyi daha da möhkəmləndirəcək və müdafiə sənayesində əməkdaşlığı artıracaq.”

    Starmer, həmçinin, Türkiyəyə 20 ədəd Eurofighter Typhoon təyyarəsinin veriləcəyini, gələcəkdə bu sayın artırılmasının da planlaşdırıldığını bəyan edib.

    Milli Müdafiə naziri Yaşar Gülər bildirib ki, Türkiyə ümumilikdə 44 “Eurofighter Typhoon” təyyarəsi əldə edəcək – bunlardan 12-si Qətərdən, 12-si Oman, 20-si isə Böyük Britaniyadan təmin olunacaq.

    Bu razılaşma Türkiyənin hava qüvvələrinin modernləşdirilməsi və NATO müttəfiqləri ilə strateji müdafiə əlaqələrinin dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Böyük Britaniya #Ankara #Qətər #Yaşar Gülər #NATO #Türkiyə Hərbi Hava Qüvvələri #Oman #Keir Starmer #Trampın Qəzza planı #Eurofighter Typhoon təyyarəsi #Yaxın Şərq Sülh Sammiti #Türkiyə Böyük Britaniya ticarət əlaqələri #Türkiyə Böyük Britaniya hərbi əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    15 Dekabr 2025 23:04

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    15 Dekabr 2025 17:12

    Türkiyədən Qətərə polad ixracı azalıb (ÖZƏL)

    15 Dekabr 2025 16:14

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    NATO-da Rusiyanın qlobal miqyasda dəniz təhlükəsinə qarşı hazırlığın gücləndirilməsi çağırışı səsləndirilib

    14 Dekabr 2025 12:04

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.