Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Müharibədən zərər çəkən daha 30 ukraynalı uşaq Bakıda sosial-psixoloji dəstək alacaq

    28 Oktyabr 2025 13:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.

    AzerVoice xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

    Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

    Növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.

    10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

    Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

    Müharibədən zərər çəkən daha 30 ukraynalı uşaq Bakıda sosial-psixoloji dəstək alacaq
    Müharibədən zərər çəkən daha 30 ukraynalı uşaq Bakıda sosial-psixoloji dəstək alacaq
    Müharibədən zərər çəkən daha 30 ukraynalı uşaq Bakıda sosial-psixoloji dəstək alacaq
    #Azərbaycan #Bakı #Ukrayna #Kiyev #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi #Ukrayna-Rusiya müharibəsi #Azərbaycan-Ukrayna münasibətləri #Azərbaycan-Ukrayna siyasi məsləhətləşmələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    15 Dekabr 2025 10:44

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    15 Dekabr 2025 09:55

    Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

    14 Dekabr 2025 23:00

    "Kəpəz" "Qəbələ"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa

    14 Dekabr 2025 21:20

    Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov

    14 Dekabr 2025 20:11

    Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir

    14 Dekabr 2025 19:52

    FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    14 Dekabr 2025 19:17

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    14 Dekabr 2025 18:54

    Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib

    14 Dekabr 2025 18:36

    Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

    14 Dekabr 2025 15:17

    Azərbaycan karateçiləri dünya çempionatında uğurla çıxış ediblər

    14 Dekabr 2025 15:04
    Demo
    XƏBƏR LENTİ

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Əczaçılıq ordudan önəmlidir: İran dövlətçiliyində gizli böhran

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.