BAKI, AzerVoice, Nailə Babazadə
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fənərbaxça ilə qarşılaşacaq Feyenoord, Bosniya və Herseqovinalı müdafiəçi Anel Ahmedhodziçi heyətinə qatdı.
AzerVoice xəbər verir ki, Fənərbaxçanın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Hollandiya təmsilçisi Feyenoord, "Sheffield United" klubundan 26 yaşlı Bosniya və Herseqovinalı mərkəz müdafiəçisi Anel Ahmedhodziçi transfer edib.
Klubun sosial media hesabında futbolçunun yeni komandasının forması ilə olan fotosu paylaşılaraq “Xoş gəlmisən, Anel Ahmedhodziç” ifadəsinə yer verilib.
Hollandiya təmsilçisi, futbolçunu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fənərbaxçaya qarşı keçiriləcək oyunlara yetişdirmək üçün zəruri prosedurları sürətləndirməyə çalışır. Klubun rəsmi saytında yayımlanan açıqlamada bu prosesdə Hollandiya Futbol Federasiyasının da kluba əhəmiyyətli dəstək verdiyi qeyd olunub.
Fənərbaxça sabah səfərdə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Feyenoord ilə qarşılaşacaq.
Sağ ayaqlı olmasına baxmayaraq, sol mərkəz müdafiəçisi kimi də oynaya bilən Ahmedhodziç, İsveçin aşağı yaş qruplarında milli forma geyinsə də, əsas milli səviyyədə Bosniya və Herseqovinanı seçib.
Ahmedhodziç ötən mövsüm İngiltərə Çempionşip komandası olan "Sheffield United"də bütün turnirlər daxilində 42 oyunda meydana çıxıb.