Əsas səhifə » Yuventus Fenerbahçəli Sofyan Amrabatla Maraqlanır

Yuventus Fenerbahçəli Sofyan Amrabatla Maraqlanır

BAKI, AzerVoice

İtaliyanın Yuventus klubu yay transfer dönəmində yarımmüdafiə xəttini gücləndirmək üçün Fenerbahçənin mərakeşli futbolçusu Sofyan Amrabatı əsas hədəf kimi müəyyənləşdirib.

AzerVoice xəbər verir ki, Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Məlumata görə, Yuventusun baş məşqçisi İqor Tudorun transfer siyahısında birinci yerdə məhz Amrabatın adı yer alır. Tudorun fiziki baxımdan güclü bir yarımmüdafiəçiyə ehtiyac duyduğu və bu səbəbdən mərakeşli futbolçunu heyətində görmək istədiyi bildirilir.

Amrabatla yanaşı, Yuventusun alternativləri arasında Tottenhamdan İv Bissuma və "Sporting"dən Morten Hyulmand kimi futbolçular da var. Lakin qeyd olunur ki, Amrabat bu mövqe üçün əsas transfer hədəfinə çevrilib.

Qeyd edək ki, Fenerbahçe ötən mövsüm Sofyan Amrabatı 12 milyon avro məcburi satınalma şərti ilə icarəyə götürmüş və bu yay onun transfer hüququnu da əldə etmişdi. O, 2024/25 mövsümündə Fenerbahçe forması ilə 39 oyunda meydana çıxaraq 2 qol və 4 assistlə yadda qalıb.

Digər Kateqoriyalar

2025 © Azervoice