Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Zidan Fransa millisinin baş məşqçisi olacaq

    5 Avqust 2025 22:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    1998-ci ilin dünya və 2000-ci ilin Avropa çempionu Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq.

    AzerVoice xəbər verir ki, bu barədə “Defensa Central” portalı məlumat yayıb.

    Yanvar ayında Fransa Futbol Federasiyası bildirmişdi ki, hazırkı baş məşqçi Didye Deşam 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək dünya çempionatından sonra vəzifəsini tərk edəcək.

    Qeyd edək ki, 56 yaşlı Deşam 2012-ci ildən Fransa yığmasına rəhbərlik edir. Onun rəhbərliyi dövründə komanda 166 oyun keçirib, 106 qələbə qazanıb, 31 heç-heçə edib və 29 məğlubiyyət alıb. Deşamın çalışdırıcılığı altında Fransa millisi 2018-ci ildə dünya çempionu, 2022-ci ildə Millətlər Liqasının qalibi olub, həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş medalını qazanıb.

    53 yaşlı Zidanın son məşqçilik fəaliyyəti İspaniyanın “Real Madrid” klubunda olub. O, bu komandaya 2016–2018-ci və 2019–2021-ci illərdə rəhbərlik edib. Onun rəhbərliyi altında madridlilər üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının və iki dəfə İspaniya Superkubokunun qalibi olublar.

    Futbolçu karyerasında Zidan Fransanın “Kann” və “Bordo” klublarında, İtaliyanın “Yuventus”unda və “Real Madrid”də çıxış edib. O, 2003-cü ildə “Real”la İspaniya çempionu olub, 2002-ci ildə isə Çempionlar Liqasının finalında Almaniyanın “Bayer” klubuna vurduğu qələbə qolu ilə (2:1) yadda qalıb. “Yuventus”la iki dəfə İtaliya çempionu olan Zidan Fransa millisində 108 oyun keçirib, 31 qol vurub, 29 qol ötürməsi verib. O, Fransa yığması ilə 1998-ci ildə dünya çempionu, 2006-cı ildə dünya çempionatının gümüş mükafatçısı və 2000-ci ildə Avropa çempionu olub.

    #Bayer #Fransa #Çempionlar Liqası #Real Madrid #Yuventus #UEFA Millətlər Liqası #UEFA Avropa Liqası #Zineddin Zidan #UEFA Çempionlar Liqası #Zinəddin Zidan Fransa millisinin baş məşqçisi #Zidan Fransa yığması 2026 #Fransa millisi baş məşqçi dəyişikliyi #Didye Deşam istefa #Fransa Futbol Federasiyası qərarı #Zidan Real Madrid karyerası #Fransa milli futbol komandası #Zidanın məşqçilik karyerası #Zidanın futbolçu karyerası #UEFA Çempionlar Liqası qalibi Zidan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa ölkəsi Çinə ultimatum verib

    8 Dekabr 2025 17:46

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    7 Dekabr 2025 11:00

    Makron Zelenski ilə telefon danışığı aparıb

    7 Dekabr 2025 10:00

    3 nəhəng klub bu futbolçu üçün mübarizə aparır

    6 Dekabr 2025 14:02

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52

    İran və Yaponiya xarici işlər nazirləri regional və ikitərəfli əlaqələri müzakirə edib

    1 Dekabr 2025 16:49

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    Türkiyədən Fransaya hazır geyim ixracı 747 milyon dolları keçib (ÖZƏL)

    30 Noyabr 2025 09:00

    Makron silahlanmağa çağırır: Fransa Avropanın yeni hərbi təcrübəsinə start verir

    29 Noyabr 2025 09:52

    Ramos Dünya Çempionatında iştirak etmək istəyir

    28 Noyabr 2025 17:33
    Demo
    XƏBƏR LENTİ

    Əsədin Hizbullaha istehza etməsi videosu Livanda narazılıq yaradıb

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.