Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ nümayəndə heyəti Moskvada Putinlə görüşəcək

    6 Avqust 2025 09:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılan ABŞ nümayəndə heyətinin Moskvaya gəldiyi bildirilir.

    AzerVoice xəbər verir ki, Ukraynada 2022-ci ilin fevral ayından bəri davam edən müharibəyə son qoymaq üçün Rusiya ilə diplomatik təmasları davam etdirən ABŞ Moskvaya nümayəndə heyəti göndərib.

    Nümayəndə heyətinə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.

    Uitkoff və onu müşayiət edən şəxslər bu gün Kremldə Putinlə görüşəcək. Məlumata görə, görüşdə Ukraynada atəşkəs üçün hər iki tərəfin tələb etdiyi ilkin şərtlər müzakirə olunacaq.

    Qeyd edək ki, dünən Ağ Evdə keçirilən imzalanma mərasiminin ardından gündəmlə bağlı mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp Moskvada Rusiya rəsmiləri ilə görüşlər keçirəcəyini və bu danışıqların nəticəsi əsasında Rusiyaya qarşı sanksiyalara qərar verəcəyini bildirib.

    Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiven Uitkoffun çərşənbə günü Moskvada Rusiya tərəfi ilə görüşəcəyini qeyd edib və bu danışıqların nəticəsini gözlədiyini bildirib.

    Rusiyaya 100 faiz sanksiya tətbiq edəcəyi ilə bağlı iddialara cavab verən Tramp, "Mən heç vaxt faiz verməmişəm, amma bu barədə çox şey edəcəyik. Bildiyiniz kimi, sabah (çərşənbə axşamı) Rusiya ilə görüşümüz var. Nə olacağını görəcəyik. Sonra qərarımızı verəcəyik" deyib.

    ABŞ prezidenti Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez bitirmək istədiyini, lakin prosesin göründüyündən daha mürəkkəb olduğunu vurğulayıb. O, Hindistan-Pakistan münaqişələrində Rusiyanın rolunu misal çəkərək, bu müharibəni də tez bitirmək istədiyini bildirib. Tramp atəşkəs və sülh prosesi ilə bağlı addım atmamaqda günahlandırdığı Rusiyaya qarşı tezliklə ciddi sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

    #Rusiya #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti #Tramp və Putin görüşü Riyad #Rusiya-Ukrayna müharibəsinin sonu #Trampın Avropa siyasəti #Rusiyanın Ukrayna ilə müharibəsi 2025 #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Stiven Uitkoff
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27
    XƏBƏR LENTİ

    Yüz il əvvəl bu gün Türkiyədə Türk Mədəni Qanunu qəbul edildi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.