10
BAKI,AzerVoice
Azərbaycan çempionu Qarabağ bu gün UEFA Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın Şelburn klubu ilə qarşılaşacaq.
AzerVoice xəbər verir ki, görüş İrlandiyanın Dublin şəhərində yerləşən Tolka Park stadionunda oynanacaq və Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Görüşü Xorvatiyadan olan hakimlər heyəti idarə edəcək.
Qeyd edək ki, tərəflər daha əvvəl heç bir turnirdə qarşılaşmalıyblar.