Əsas səhifə » Mançester Yunayted hücum xəttini gücləndirib

Mançester Yunayted hücum xəttini gücləndirib

BAKI, AzerVoice

İngiltərə klubu Mançester Yunayted hücum xəttini Brayan Mbemonu ilə gücləndirib.

AzerVoice xəbər verir ki, kubun rəsmi saytında yayımlanan məlumata görə, Kamerun millisinin üzvü Brayan Mbemo Brentforddan transfer olunub.

25 yaşlı hücumçu ilə 5+1 illik müqavilə imzalanıb. Mbemo ötən – 2024/2025 mövsümündə Brentfordun heyətində çıxış etdiyi 42 qarşılaşmada 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Mançester Yunayted 2024/2025 mövsümünü İngiltərə Premyer Liqasında 42 xalla 15-ci pillədə başa vurub. Komanda eyni zamanda UEFA Avropa Liqasının finalında Tottenhem Hotspura 0:1 hesabı ilə məğlub olub.

Digər Kateqoriyalar

2025 © Azervoice