Əsas səhifə » Budapeştdə fırtına səbəbindən hava limanı bağlanıb

Budapeştdə fırtına səbəbindən hava limanı bağlanıb

BAKI, AzerVoice

Macarıstanın paytaxtı Budapeştdə “List Ferenc” beynəlxalq hava limanında güclü fırtına səbəbindən aviasiya trafiki müvəqqəti olaraq dayandırılıb.

AzerVoice xəbər verir ki, bu barədə Macarıstanın “Index” portalı məlumat verib.

Məlumata əsasən, 2A terminalının gediş zalı qismən su altında qaldığı üçün bina təxliyə edilib. Yaralanan olmayıb, ziyanın dəyərləndirilməsi davam edir.

Hava limanının adı açıqlanmayan işçisinin bildirdiyinə görə, hava limanının damı uçmayıb, lakin fırtına nəticəsində yanğın siqnalizasiya sistemi zədələnib. Bu səbəblə damdakı fövqəladə hallara aid bəzi pəncərələr avtomatik olaraq açılıb və yağan yağış terminalı su altında qoyub. Nəticədə terminal tamamilə təxliyə olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice