Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ukraynadakı münaqişə yalnız Tramp və Putinin görüşdüyü halda həll olunacaq - Orban

    17 İyul 2025 21:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Ukraynadakı münaqişə yalnız Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutduğu halda həll oluna bilər.

    AzerVoice xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Ultrahang” adlı YouTube kanalına verdiyi müsahibədə bildirib.

    Orban qeyd edib ki, onun fikrincə, bu münaqişə Rusiya və ABŞ prezidentləri danışıqlar masasına əyləşib, razılaşmaya gəlməyincə başa çatmayacaq. Orbanın fikrincə, bu razılaşmalar yalnız Ukraynaya deyil, enerji daşıyıcılarının qiymətləri, Rusiya bazarlarına çıxış, iqtisadi sanksiyalar, silahlara nəzarət kimi məsələləri də əhatə edən genişmiqyaslı paket formasında olmalıdır.

    Baş nazir bildirib ki, Rusiya və ABŞ arasında razılaşmanın ABŞ Prezidenti Donald Trampın verdiyi 50 günlük vaxt bitməmiş əldə ediləcəyinə və Trampın Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal rüsumu tətbiq etmək hədəsinin qüvvəyə minməyəcəyinə ümid edir.

    “Əgər bu baş versə, Macarıstan üçün problemlər yaranacaq” – deyə, Orban etiraf edib.

    Ukrayna üzrə nizamlanma perspektivləri barədə danışarkən o qeyd edib ki, vəziyyət həm çətin, həm də qəribə görünür.

    “Elə olmur ki, hamı sülh istəsin, amma sülh olmasın. Elə adamlar var ki, sülh istədiklərini deyirlər, amma əslində müharibə istəyirlər” – deyə, baş nazir vurğulayıb.

    “Biz indi elə vəziyyətdəyik ki, Avropalılar və ukraynalılar, nə dediklərindən asılı olmayaraq, müharibənin davam etməsini istəyirlər. Mən hesab edirəm ki, ABŞ Prezidenti həqiqətən də sülh istəyir. Ruslara gəldikdə isə, onların nə istədiyini ən az biz bilirik. Amma əminik ki, onlar müəyyən etdikləri ərazi sərhədlərinə çatmağa çalışırlar” - deyə, o əlavə edib.

    Orban onu da vurğulayıb ki, əsas məqsədi Macarıstanı Ukraynadakı münaqişəyə cəlb olunmaqdan qorumaq və sülh yolu ilə nizamlanmaya töhfə verməkdir. O xatırladıb ki, Rusiya və ABŞ prezidentləri ilə görüşlərində həmişə sülh naminə arqumentlər irəli sürməyə çalışıb.

    Xatırladaq ki, bundan əvvəl Orban Ukraynanın Zakarpatya bölgəsindən olan 45 yaşlı etnik macar Jozef Sebestyenin zorla səfərbərlik zamanı döyülərək öldürüldüyünü iddia edərək, məsul ukraynalı hərbi liderlərin Avropa İttifaqının sanksiya siyahısına salınmasını tələb etmişdi.

    #Rusiya #Viktor Orban #Macarıstan #Vladimir Putin #Donald Tramp #Ukrayna #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Ukrayna müharibəsi sülh danışıqları #Ukrayna müharibəsinin bitməsi üçün beynəlxalq danışıqlar #Rusiyanın Ukrayna ilə müharibəsi 2025 #Ukrayna müharibəsi haqqında son xəbərlər #Ukrayna müharibəsində ABŞ-ın rolu #Ukrayna müharibəsi xəbərləri #Ukrayna müharibəsinin sonu #Ukrayna müharibəsi #Ukrayna Rusiya müharibəsində vasitəçi #Ukrayna münaqişəsi və sülh danışıqları #ABŞ Ukrayna müharibəsində vasitəçi rolunda #Tramp və Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsində kompromislər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    6 Noyabr 2025 08:55

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03

    İşğaldan sonra ilk yük qatarı Azərbaycandan keçməklə Ermənistana gedib

    4 Noyabr 2025 19:18

    Həsən Ruhani parlament və dövlət televiziyasını qaralama kampaniyasında ittiham etdi

    4 Noyabr 2025 09:24

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23

    Türkiyənin təşəbbüsü ilə Qəzza üzrə beynəlxalq toplantı başlayıb

    3 Noyabr 2025 16:19
    Demo
    XƏBƏR LENTİ

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    İslamabad Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Prezident İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.