Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    MAQATE yaxın zamanda İrana nümayəndə heyəti göndərəcək – Əraqçi

    2 Avqust 2025 21:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – İran hələ də uranı zənginləşdirmək imkanına malikdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq üçün yeni bir mexanizmə razılıq verib.

    AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib.

    Onun sözlərinə görə, agentlik yaxın vaxtlarda İrana nümayəndə heyəti göndərəcək və danışıqlar aparacaq.

    Əraqçi bildirib ki, texnologiya mövcuddur və bu səbəbdən də nüvə obyektlərinin yenilənməsi və avadanlıqların dəyişdirilməsi mümkündür.

    “Obyektlərimizdə çalışmış çox sayda alim və texnikimiz var. Amma uran zənginləşdirilməsinin nə vaxt və necə bərpa ediləcəyi vəziyyətə bağlıdır” - deyə, Əraqçi qeyd edib.

    Nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp zənginləşdirmənin tamamilə dayandırılmasını tələb etdiyi müddətdə heç bir razılaşma olmayacaq.

    Bununla belə, Əraqçinin fikrincə, ABŞ öz narahatlıqlarını danışıqlar vasitəsilə ifadə edə bilər. O əlavə edib ki, İran sıfır zənginləşdirmə ilə heç nə təqdim edə bilməz, bu səbəbdən danışıqların mənası qalmaz.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə bildirib ki, BAEA nümayəndə heyəti yaxın iki həftə ərzində İrana səfər edə bilər. O qeyd edib ki, bu səfər əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə etmək məqsədi daşıyır və parlamentin qəbul etdiyi yeni qanun fonunda agentliklə əməkdaşlıq formatında dəyişikliklər zəruridir.

    Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian iyulun 2-də parlamentin təsdiqlədiyi, MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

    İyulun 22-də Seyid Abbas Əraqçi İranın gələcəkdə MAQATE müfəttişlərinin geri dönməsini istisna etmədiyini açıqlayıb.

    Qeyd edək ki, İran ilə MAQATE arasında gərginlik, İran və İsrail arasında 12 günlük müharibədən sonra daha da artıb. Bu münaqişə zamanı İranın hərbi və nüvə obyektləri hədəf alınıb, nüvə alimləri sui-qəsdə məruz qalıb. ABŞ da bu qarşıdurmaya İranın nüvə obyektlərinə hava zərbələri endirməklə qoşulub.

    #İran #Donald Tramp #MAQATE #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #İran XİN #Nüvə #Məsud Pezeşkian #nüvə silahı #nüvə proqramı #Abbas Əraqçi #Nüvə razılaşması #Nüvə tərksilahı #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İran nüvə proqramı #İsmayıl Bəqai #İranın nüvə danışıqları #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İranın nüvə proqramı 2025 #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İran nüvə razılaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    16 Fevral 2026 17:09

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    16 Fevral 2026 10:56

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59
    XƏBƏR LENTİ

    Yüz il əvvəl bu gün Türkiyədə Türk Mədəni Qanunu qəbul edildi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.