Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Pakistanda daşqınlar səbəbindən 300 minə yaxın insan təxliyə edilib

    3 Sentyabr 2025 17:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Pakistanın Pəncab əyalətində güclü musson yağışlarının səbəb olduğu daşqınlar və bölgədəki çaylar və su anbarlarında su səviyyəsinin yüksəlməsi nəticəsində son 48 saat ərzində təxminən 300 min nəfər təhlükəsiz bölgələrə köçürülüb.

    AzerVoice xəbər verir ki, Musson yağışlarının yaratdığı daşqınlar nəticəsində Hindistan sərhədinə yaxın Naroval və Sialkotdan sonra Muzaffargarh bölgəsində də onlarla kənd su altında qalıb.

    Əyalətin Fəlakətlərin İdarə Olunması Agentliyinin (PDMA) baş direktoru Arfan Əli Katxia bildirib ki, qayıqlarla aparılan axtarış-xilasetmə əməliyyatlarında minlərlə işçi iştirak edir, ordu bölmələri isə su altında qalan kəndlərdən insanların və heyvanların təxliyəsi üçün səfərbər olunub.

    Son 48 saat ərzində təxminən 300 min nəfər təhlükəsiz bölgələrə təxliyə edilib. Katxia qeyd edib ki, əyalətdəki 33 min kənddə 3,3 milyondan çox insan daşqından zərər çəkib, dağıntıların qiymətləndirilməsi davam edir və evlərini itirənlərə hökumət tərəfindən kompensasiya veriləcək.

    Katxia əlavə edib ki, bölgədəki bəndlərdə və Ravi, Çenab və Sutlec çaylarında su səviyyəsinin qalxması daşqınlara səbəb olub.
    Xilasedici qruplar damlarda qalan insanları müəyyən etmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir, daşqından zərər çəkənlər üçün çadır şəhərcikləri salınıb, ərzaq və əsas ehtiyac malları paylanır.

    Qeyd edək ki, Pakistan ötən ay daşqınlardan zərər çəkmiş bölgələrdə kütləvi təxliyələrə başlamışdı. Rəsmilər son təxliyələrlə birlikdə yerindən edilənlərin sayının 1,3 milyona çatdığını açıqlayıblar.

    Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları, Hindistan və Pakistan başda olmaqla region ölkələrində hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara yol açır.

    Pakistan üzrə 26 iyundan bəri baş verən daşqınlarda 800-dən çox insan, Hindistanın Himaçal Pradeş əyalətində isə iyunun əvvəlindən bu yana təxminən 300 nəfər həyatını itirib.

    Pəncabın Baş Naziri Məryəm Aurangzeb bu fəlakəti "Pəncab tarixinin ən böyük daşqın faciəsi" olaraq qiymətləndirib və su səviyyəsinin ilk dəfə bu qədər yüksəldiyini bildirib.

    #Pakistan #Hindistan #sel fəlakəti #daşqın #daşqınlar #Təbii Fəlakət #Cənubi Asiya #Pakistan Hindistan sərhədi #Pəncab #Əyalətin Fəlakətlərin İdarə Olunması Agentliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəsmi Bakı Pakistana başsağlığı verdi

    19 Yanvar 2026 23:39

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    16 Yanvar 2026 15:51

    Zorakılıqdan qaçmırıq, ona qarşı çıxırıq - Ranveer Singh

    16 Yanvar 2026 13:36

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    16 Yanvar 2026 11:31

    Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

    15 Yanvar 2026 14:11

    Bakıda zikhlərə və etnik azlıqlara qarşı repressiyalar müzakirə olunacaq

    15 Yanvar 2026 12:12

    Merts Hindistana rəsmi səfərə yola düşüb

    11 Yanvar 2026 17:58

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Pakistan İranın daxili işlərinə xarici müdaxiləyə qarşı olduğunu bəyan etdi

    8 Yanvar 2026 15:39

    Əfqanıstan terrorçuların və qeyri-dövlət aktorlarının mərkəzinə çevrilir - Pakistan

    7 Yanvar 2026 11:46

    Dünyanın müxtəlif şəhərlərində Hindistan hökumətinə qarşı kütləvi etirazlar keçirilib

    5 Yanvar 2026 16:07

    Pakistan XİN Venesueladakı vəziyyətdən narahatdır

    4 Yanvar 2026 22:41
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə 16 ölkə üzrə səfir təyinatları dəyişdirildi

    Azərbaycan Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

    Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

    BMT-də beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb

    Tarixdə bu gün - 20 yanvar

    Rəsmi Bakı Pakistana başsağlığı verdi

    Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

    Türkiyə İŞİD terrorçularının azad edilməsi iddialarını təkzib edib

    Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

    İtaliya Aİ ilə ABŞ arasında qarşıdurmaya qarşı çıxdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.