BAKI, AzerVoice
Niderlandlı pilot Maks Ferstappen, 2025 Formula 1 Dünya Çempionatının yeddinci mərhələsi olan Emiliya-Romanya Qran Prisinin qalibi olub.
AzerVoice-un məlumatına görə, Ferstappen ardıcıl üçüncü, mövsümdə isə dördüncü qələbəsini qazanıb. İkinci yerdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris qərarlaşıb. Onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri isə yarışı üçüncü yerdə tamamlayıb.
Ümumi sıralamada liderliyini qoruyan Piastrinin aktivində hazırda 146 xal var. İkinci yerdə 133 xalla Norris, üçüncü yerdə isə 124 xalla Ferstappen qərarlaşıb. Konstruktorlar Kubokunda birinci yerdə "McLaren" (279 xal), ikinci yerdə "Mercedes" (147 xal), üçüncü yerdə isə "Red Bull" (131 xal) yer alır.
Qeyd edək ki, növbəti mərhələ 23–25 may tarixlərində Monakoda keçiriləcək.