BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.