Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Bayraktar KIZILELMA növbəti sınaqları uğurla başa vurub

    3 Sentyabr 2025 16:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi kimi hazırlanmış Bayraktar KIZILELMA PT-4, uçuş test proqramı çərçivəsində həyata keçirilən aqressiv qalxma və manevr sınaqlarını uğurla tamamladı.

    AzerVoice xəbər verir ki, Baykar Texnologiya tərəfindən tamamilə yerli imkanlarla inkişaf etdirilən KIZILELMA-nın son sınağı barədə məlumatı şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial şəbəkə hesabında paylaşdığı görüntülərlə ictimaiyyətə açıqlayıb.

    Bayraktar KIZILELMA layihəsinə 2021-ci ildə start verilib. İlk prototip — TC-ÖZB quyruq nömrəli KIZILELMA — 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxaraq Çorlu AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirilib. Burada uğurla yer testlərini tamamladıqdan sonra təyyarə 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirib.

    Cəmi bir il ərzində səmaya qalxan KIZILELMA, qısa zamanda beynəlxalq aviasiya tarixində mühüm hadisələrə imza atıb. TEKNOFEST 2023 çərçivəsində Bayraktar AKINCI PUA ilə formasiya uçuşu reallaşdıran KIZILELMA, 1 may 2023-cü ildə isə SOLOTÜRK F-16 qırıcısı və Türk Ulduzları F-5 qırıcıları ilə İstanbul səmalarında kol uçuşu edib. Bu, gələcək hava döyüş konsepsiyası üçün dönüş nöqtəsi kimi dəyərləndirilir.

    2003-cü ildən bütün layihələrini öz vəsaiti ilə həyata keçirən Baykar, PUA istehsalında qlobal liderə çevrilib. Şirkət 2023-cü ildə 1,8 milyard dollarlıq ixracat həyata keçirərək Türkiyənin ən çox ixracat edən ilk 10 şirkəti sırasına daxil olub. 2024-cü ildə də uğurunu davam etdirən Baykar, gəlirlərinin 90 faizini ixracatdan əldə edərək növbəti dəfə 1,8 milyard dollarlıq satış rəqəminə çatıb.

    Baykar, ardıcıl üç il — 2021, 2022 və 2023-də Türkiyənin müdafiə və aviasiya sənayesində ixracat lideri elan olunub. Şirkət, 2023-cü ildə sahənin ümumi ixracatının üçdə birini, 2024-cü ildə isə dörddə birini təkbaşına reallaşdıraraq Türkiyəni qlobal PUA bazarında lider mövqeyə daşıyıb.

    #Selçuk Bayraktar #Baykar #PUA #TEKNOFEST 2024 #AKINCI #AKINCI PUA #Bayraktar AKINCI #KIZILELMA #Baykar Technology #Teknofest #Baykar KIZILELMA nümayişi #Baykar Avropa bazarına çıxış
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinə hücum edib

    27 Oktyabr 2025 13:59

    KIZILELMA ilə yeni mərhələ - silah sistemlərində tam müstəqillik dövrü başlayır

    20 Oktyabr 2025 16:33

    Yunanıstan İsraildən yeni hava müdafiə sistemləri alır

    17 Oktyabr 2025 17:56

    Sudan paytaxtı pilotsuz təyyarələrlə hücuma məruz qaldı

    15 Oktyabr 2025 13:35

    SDQ terrorçuları Suriya hökümətini hücumlar təşkil etməkdə ittiham edir

    6 Oktyabr 2025 04:00

    Bayraktar KIZILELMA TOLUN silah sistemi ilə uçuş testini uğurla tamamlayıb

    26 Sentyabr 2025 17:28

    TEKNOFEST İstanbul 1 milyon ziyarətçi ilə rekorda imza atıb

    22 Sentyabr 2025 15:52

    ANKA-3 - Türkiyənin yeni nəsil pilotsuz aparatı beynəlxalq medianın gündəmində

    22 Sentyabr 2025 09:38

    ASELSAN-ın “EJDERHA” sistemi “Çelik Kubbe”ni gücləndirir

    19 Sentyabr 2025 13:14

    Türkiyənin rəqəmsal gələcəyi TEKNOFEST-də formalaşır - Selçuk Bayraktar

    17 Sentyabr 2025 14:20

    Polşa Rusiya ilə diplomtik əlaqələri kəsmək niyyətində deyil

    12 Sentyabr 2025 20:31

    Tramp Polşadakı PUA insidentlərində heç kimi müdafiə etməyəcək

    12 Sentyabr 2025 18:14
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə ilə münasibətlər düşmənçiliyə çevrilib – İsrail

    Əl-Faşir - müharibənin yoxsa sülhün başlanğıcı?

    Bricit Makrona qarşı kiberzorakılıq ittihamı ilə 10 nəfər mühakimə olunur

    Bu gün Azadlıq heykəlinin açılışı oldu

    Ermənistanın törətdiyi Bərdə terrorundan 5 il ötür

    Balıkəsirdə 6,1 maqnitudalı zəlzələ İstanbulda da hiss olunub

    Tarixdə bu gün - 28 oktyabr

    Ermənistanın əsirliyində və girovluğunda olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub

    İsrail hökuməti Qətəri Qəzzaya maliyyə yardımı göstərməyə təşviq edib

    Britaniya Baş naziri Türkiyəyə səfərində Eurofighter qırıcılarını da özü ilə gətirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.