Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    "Beşiktaş" "Volfsburq"un oyunçusu ilə razılığa gəlib

    1 Sentyabr 2025 18:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Volfsburq” komandasında çıxış edən 27 yaşlı çexiyalı cinah oyunçusu Vatslav Çernı ilə razılığa gəlib.

    AzerVoice-un məlumatına görə, futbolçu ilə 3+1 illik müqavilə imzalanacaq. Keçid üçün “Beşiktaş”ın 6–7 milyon avro civarında ödəniş edəcəyi və bu məbləği 2029-cu ilə qədər hissə-hissə ödəyəcəyi bildirilib.

    Hazırda Çexiya millisinin düşərgəsində olan Çernı bu gün İstanbula gələrək tibbi müayinədən keçəcək və müqaviləyə imza atacaq. “Beşiktaş” oyunçunun bu axşam yerli vaxtla saat 23:05-də (Bakı vaxtı ilə 00:05-də) İstanbulda olacağını açıqlayıb.

    Xatırladaq ki, Çernı ötən mövsümü icarə əsasında “Reyncers”də keçirib. O, 52 oyunda 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. UEFA Avropa Liqasının “Fənərbağça” ilə İstanbulda keçirilən oyununda isə 2 qol vuraraq azarkeşlərin rəğbətini qazanmışdı.

    Daha əvvəl “Tvente”də çıxış edən futbolçu 8 milyon avroya “Volfsburq”a transfer olunmuşdu. Ümumilikdə karyerası ərzində 313 oyunda meydana çıxan Çernı 101 qol vurub və 69 məhsuldar ötürmə ilə yadda qalıb.

    #Türkiyə #İstanbul #Futbol #transfer #futbol klubları #Beşiktaş #idman #futbolçu karyerası #Transfer Xəbərləri #Vatslav Çernı #Beşiktaş transfer xəbərləri #Türkiyə futbolu #Volfsburq #Reyncers
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan oldu

    17 Yanvar 2026 09:42

    "Barselona"nın 18 yaşlı futbolçusu komandanı tərk edir

    17 Yanvar 2026 09:26

    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

    16 Yanvar 2026 09:09

    THY təyyarəsində sərnişinin açdığı internet şəbəkəsinin adı bomba həyəcanına səbəb olub

    15 Yanvar 2026 16:25

    Türkiyə vitse-prezidenti ABŞ səfirini qəbul edib

    15 Yanvar 2026 13:10

    Türkiyədə texniki təmir xidməti satın alınacaq

    14 Yanvar 2026 17:43

    Türkiyə–Azərbaycan münasibətlərində 34 il - Strateji müttəfiqliyin formalaşma yolu

    14 Yanvar 2026 17:14

    bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

    14 Yanvar 2026 14:51

    “Qarabağ”ın növbəti yoxlama oyunları bu tarixlərdə keçiriləcək

    14 Yanvar 2026 14:41

    Abbas Əraqçi və Hakan Fidan regional gərginliyi müzakirə ediblər

    14 Yanvar 2026 12:56

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54
    Demo
    XƏBƏR LENTİ

    YPG qüvvələri Suriya ordusunun hücumlarından sonra Hələbdən çəkilmək qərarı alıb

    Həsən Şeyx Mahmud Somalilendin iddia etdiyi bölgəyə səfər edən ilk prezident oldu

    Donald Tramp Misir və Efiopiya arasındakı Nil suları mübahisəsində vasitəçilik etməyə hazır olduğunu bildirib

    İsrailli nazir atəşkəsi pozmaqla və Qəzzada baş verən dağıntılarla öyündü

    Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

    Qəzzada 27 günlük körpə soyuqdan həlak olub

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Göygöl rayonunda vətəndaşları qəbul edib

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    Tramp İran üzərinə hücum əmrini vermək istədi, lakin fikrini dəyişdi

    ABŞ Qrenlandiya planını dəstəkləməyən ölkələrə gömrük vergisi tətbiq edə bilər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.