Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Beşiktaş Atalantanın Hücumçusunu Transfer Etmək İstəyir

    25 Avqust 2025 14:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Beşiktaş, İtaliyanın Atalanta klubundan hücumçu El Bilal Toure-ni icarəyə götürmək üçün danışıqlara başladığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə klubun KAP-a göndərdiyi açıqlamada bildirilir.

    “Futbolçu El Bilal Toure-nin müvəqqəti transferi üçün oyunçu və Atalanta klubu ilə danışıqlara başlanılmışdır”- deyə bildirilib.

    Klub 23 yaşlı forvardın bu gün Bakı vaxtı ilə saat 15:45-də İstanbulda olacağını bildirib.

    Ötən mövsümü Almaniyanın Ştutqart klubunda icarə əsasında keçirən Toure 17 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

    2001-ci il oktyabrın 3-də Fil Dişi Sahilində dünyaya gələn El Bilal Toure beynəlxalq arenada Mali millisinin heyətində çıxış edir.

    O, peşəkar karyerasına Fransanın Reyms klubunda başlayıb və iki mövsümdə 64 oyuna 9 qol vurub. Daha sonra İspaniyanın “Almeriya” klubunda 21 matçda 7 dəfə fərqlənərək Avropa klublarının diqqətini cəlb edib.

    2023-cü ilin yayında Atalantaya transfer olunan gənc hücumçu klub tarixinin ən bahalı futbolçularından biri olub. Oyun üslubunda sürət, pres gücü və fiziki dayanıqlılığı ilə seçilən Toure, Mali milli komandası ilə 25 oyunda 9 qol vuraraq komandasına mühüm töhfələr verib.

    #Türkiyə #İtaliya #Atalanta #Beşiktaş #Trendyol Superliqası #İtaliya Birinci Futbol Liqası (A Seriyası) #Türkiyə Super Liqası #El Bilal Toure
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    Azərbaycan və Türkiyə HDQ nümayəndələri elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə ediblər

    11 Dekabr 2025 12:23

    Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

    11 Dekabr 2025 09:24

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    10 Dekabr 2025 14:08

    Energetika naziri TDT çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün yaradılmasından danışıb

    10 Dekabr 2025 12:47

    İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı

    10 Dekabr 2025 10:34

    Türkiyə və Macarıstan müdafiə sənayesi əməkdaşlığını yeni anlaşmalarla gücləndirib

    9 Dekabr 2025 14:14

    ABŞ Məhkəməsi Tramp administrasiyasına Rumeysa Öztürkün tələbə statusunu bərpa etməyi tapşırdı

    9 Dekabr 2025 12:16

    Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib

    9 Dekabr 2025 10:42

    Türkiyədə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat təşkil olunub

    9 Dekabr 2025 09:49

    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyatlar keçirilib

    9 Dekabr 2025 09:16

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    8 Dekabr 2025 23:16
    Demo
    XƏBƏR LENTİ

    Bağdad Beynəlxalq Hava Limanı 12 saatlıq fasilədən sonra yenidən açılıb

    Hava çirkliliyi İranda hər il 50 min insanın ölümünə səbəb olur

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    Bakıda 47 km-ə yaxın mikromobillik zolağı təşkil edilib

    Türkiyədən İraqa hazır geyim ixracı 572 milyon dolları keçib (ÖZƏL)

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    Cənubi Avstraliyada nüvə sualtı gəmilərin tikintisi başlayır

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    Türkiyədən Fransaya tekstil ixracı azalıb (ÖZƏL)

    Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.