Əsas səhifə » Lando Norris Avstriya Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

Lando Norris Avstriya Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub

BAKI, AzerVoice

Britaniyalı pilot, "McLaren" komandasının üzvü Lando Norris “Formula-1” üzrə çempionatın 11-ci mərhələsi olan Avstriya Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub.

AzerVoice xəbər verir ki, 25 yaşlı Norris bu mövsümdə üçüncü, karyerasında isə 12-ci poulunu qazanıb.

İkinci nəticəni "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler göstərib. Üçüncü yeri isə Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri tutub.

Hazırkı dünya çempionu, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen isə yalnız yeddinci olub.

Ümumi reytinq cədvəlində Piastri 198 xalla liderdir. İkinci yerdə Norris (176 xal), üçüncü yerdə isə Ferstappen (155 xal) qərarlaşıb.

Qeyd edək ki, Avstriya Qran-Prisi iyunun 29-da keçiriləcək. Start Bakı vaxtı ilə saat 17:00-da veriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice