Əsas səhifə » "Çelsi" 1/4 final mərhələsinə yüksəlib - FIFA Klublararası Dünya Çemionatı

"Çelsi" 1/4 final mərhələsinə yüksəlib - FIFA Klublararası Dünya Çemionatı

BAKI, AzerVoice

İngiltərənin “Çelsi” klubu ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsində Portuqaliyanın “Benfika” komandasını 4:1 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə yüksəlib.

AzerVoice xəbər verir ki, oyun Şarlott şəhərində baş tutub.

64-cü dəqiqədə Ris Ceyms “Çelsi”ni hesabda önə çıxarıb.

86-cı dəqiqədə oyun hava şəraiti səbəbindən dayandırılıb və təxminən iki saat sonra davam etdirilib. İkinci hissənin son dəqiqələrində “Benfika” hesabı bərabərləşdirib: 90+5-ci dəqiqədə Anxel Di Mariya penaltini dəqiq yerinə yetirib.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda “Çelsi” üç qol vurub. 108-ci dəqiqədə Kristofer Nkunku, 115-ci dəqiqədə Pedro Netu və 117-ci dəqiqədə Kirman Dyusberi-Holl fərqləniblər.

Əlavə vaxtın əvvəlində “Benfika” bir nəfər azlıqda qalıb: 92-ci dəqiqədə Cianluka Prestyanni ikinci sarı vərəqə ilə meydandan qovulub (birinci sarı vərəqəni 90+6-cı dəqiqədə almışdı).

“Çelsi” 1/4 final mərhələsində Braziliyanın “Palmeyras” komandası ilə qarşılaşacaq. Oyun iyulun 5-də Bakı vaxtı ilə saat 05:00-da keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice