BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyə təmsilçisi Fənərbağça, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın Benfika klubu ilə qarşılaşacaq.
AzerVoice xəbər verir ki, görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Görüşü Almaniyadan olan hakimlər heyəti idarə edəcək.
Qeyd edək ki, komandalar sonuncu dəfə 2018-ci ildə qarşı-qarşıya gəliblər. İki oyunun nəticəsinə görə 2-1 hesabı ilə qalib gələn Benfika növbəti mərhələyə keçmişdi.
Həmçinin qeyd edək ki, sarı-göylülərin heyətində bir sıra itkilər var. Dieqo Karlos, Mert Müldür, Rodriqo Bekao, Mert Hakan Yandaş zədə səbəbindən bu oyunu buraxmalı olacaq.